Nida.az
Sabir Rüstəmxanlı: “Tənzilə xanımın mənim dəstəyimə ehtiyacı yoxdur”
“Tənzilə xanımın mənim dəstəyimə ehtiyacı yoxdur. Onun
səlahiyyətli nümayəndələri var və onlar Tənzilə xanımın
namizədliyinin qanunsuz olaraq qeydə alınmaması məsələsini
araşdırırlar”.
Bu barədə Publika.az-a açıqlamasında Vətəndaş
Həmrəyliyi Partiyasının (VHP) sədri Sabir Rüstəmxanlı həyat yoldaşı
Tənzilə Rüstəmxanlının deputatlığa namizədliyinin qeydə
alınmamasına münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, T. Rüstəmxanlının imza vərəqələri və bütün
sənədləri yerində olub: “İmza vərəqələri tamamilə doğrudur,
sənədlərində hər şey yerindədir. Lakin bəzi adamlar buna mane
olurlar. Seçki ilə məşğul olan bəzi adamlar təcrübə topladıqca,
dünyanın bizə münasibətini gördükcə, daha ağıllı və ehtiyatlı olmaq
əvəzinə sanki ağıllarını itirirlər. Hər şeyin qaydasında olduğu
sənədləri necə qəbul etməmək olar?!”
S. Rüstəmxanlı qeyd edib ki, Mərkəzi Seçki Komissiyasının məsələni
araşdıraraq obyektiv qərar verəcəyinə inanır.
Asif Nərimanlı
-
Sosial13:00
Əhməd Əhmədova ailə mülkiyyətindən pay düşürmü? - Vəkil danışdı
-
Dünya12:20
Ukrayna üçün şok proqnoz: "Sadəcə öləcək!"
-
Sosial11:45
Emin Ağalarovun ev verdiyi qadın görün kim imiş - VİDEO
-
Sosial11:30
Bakıda taksilərlə bağlı bu problem həll olunur: Daha narazılıq olmayacaq?
-
Sosial10:40
Azərbaycanlılara xaricdə ev aldıran səbəblər
-
Nəqliyyat10:00
Bakıda bir istiqamətdə hərəkət qismən məhdudlaşdırıldı
-
Elm və təhsil09:00
Bağçada işləyən müəllimlərə imtahanda hansı suallar veriləcək?
-
Magazin208:30
55 yaşlı Lopezdən nəfəskəsən FOTOSESSİYA