Nida.az
ABŞ səfiri Azərbaycanda keçiriləcək seçkilərdən DANIŞDI – FOTO
Bu gün Amerika Birləşmiş Ştatlarının (ABŞ) Azərbaycandakı səfiri Robert Sekuta Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahovla görüşüb.
Publika.az-ın məlumatına görə, qonağı salamlayan MSK sədri görüşdən məmnunluğunu ifadə edərək, rəhbərlik etdiyi qurumun ABŞ-ın ölkəmizdəki səfirliyi ilə əlaqələrindən danışıb və bu əməkdaşlığın seçki praktikasının daha da təkmilləşdirilərək hazırkı inkişaf səviyyəsinə çatmasında və əldə olunan nailiyyətlərdə əhəmiyyətli rol oynadığını vurğulayıb.
Səmimi qəbula görə təşəkkürünü bildirən ABŞ səfiri Robert Sekuta seçkilərin ölkə üçün əhəmiyyətini qeyd edərək, Azərbaycan Respublikasının Milli Məclisinə cari ildə keçiriləcək seçkilərlə bağlı görülmüş işlərlə maraqlanıb.
Səfir həmçinin köçkün seçicilərin səsverməsi ilə də maraqlanıb və bu qəbildən olan seçicilərin səsverməsinin təşkili sahəsində MSK tərəfindən görülmüş işlərin əhəmiyyətini vurğulayıb.
Qonağın suallarını cavablandıran MSK sədri Məzahir Pənahov ölkəmizin seçki qanunvericiliyi, seçki komissiyalarının fəaliyyət prinsipləri, noyabrın 1-də Milli Məclisə keçiriləcək seçkilərlə bağlı gerçəkləşdirilmiş genişmiqyaslı tədbirlər, eləcə də vətəndaşların seçki hüquqlarının daha səmərəli təmin edilməsi üçün atılacaq addımlar və nəzərdə tutulan layihələri diqqətə çatdırıb.
Görüşdə həmçinin müxtəlif sahələrdə qurumlar arasındakı əməkdaşlığın mümkün perspektivləri və qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Vasif Həsənli
-
Art18:33
Azərbaycanda gənc yazıçı vəfat etdi
-
Nida Xəbər 18:30
Prezidentdən Fransaya XƏBƏRDARLIQ: "Kritik həddə çatsa, onda bizdən heç kim inciməsin”
-
Ekologiya18:08
Güclü külək əsəcək, yağış yağacaq - XƏBƏRDARLIQ
-
Region18:00
Köçəryan Paşinyanın impiçmenti ideyasını ələ saldı: O səsləri haradan alacaqlar?
-
Rəsmi xronika17:30
İlham Əliyev Laçında sakinlərlə görüşdü
-
Qarabağ 17:10
Vardanyanın Bakıda “yazdığı” məktub həbsxanadan necə çıxıb?
-
Qoroskop16:42
40 yaşından sonra həyatları dəyişəcək bürclər: Pul, ev, karyera...
-
Rəsmi xronika16:00
İlham Əliyev və xanımı Şuşada açılışda iştirak etdilər