Nida.az
Jirinovskinin türklərə nifrətinin səbəbi bəlli oldu - VİDEO
LDPR sədri 1970-ci ildə Türkiyədə kommunizm təbliğatı apardığı üçün həbs olunub.Rusiyanın Liberal Demokrat Partiyasının (LDPR) sədri Vladimir Jirinovskinin Türkiyəyə, Azərbaycana və bütövlükdə türk dünyasına aşırı nifrət bəslədiyi kimsəyə sirr deyil. Bu nifrətin səbəbini hər kəs özünəməxsus formada izah etməyə çalışır.
Bu barədə Jirinovskinin özü 1991-ci ildə, Rusiya prezidentliyinə namizəd olduğu zaman Sankt Peterburq Televiziyasında yayımlanan “600 dəqiqə” proqramının müəllifi Aleksandr Nevzorova açıqlamasında danışıb. Şübhəsiz ki, Jirinovski Türkiyədə həbs olunmasının səbəbini özünəməxsus formada –kobud yumorla izah etməyə çalışıb. Guya Türkiyə polisi, yaxud kəşfiyyatı Jirinovskinin Türkiyəyə apardığı döş nişanlarında Puşkinlə Karl Marksı səhv salıb və məhz bu səbəbdən onu həbs ediblər. Lakin BayMedia-nın apardığı araşdırma nəticəsində bəlli oldu ki, Jirinovski 1970-ci ildə Türkiyəyə bu ölkənin universitetlərində təhsil alan solçu və kommunist tələbə-gənclərlə əlaqə yaratmaq üçün göndərilib. Özü ilə komminizm ideyalarını təbliğ edən kitablar və digər vəsaitlər aparıb. Bu səbəbdən də həbs olunub. Məhkəmə Vladimir Jironovkinin Türkiyə dövlətçiliyi əleyhinə təbliğat apardığını sübuta yetirib və onun barəsində həbs qəti imkan tədbiri seçilib.
Jirinovski təxminən 2 ay həbsxanada qalıb. SSRİ-nin Türkiyədəki səfirliyinin təkidli müraciətlərindən sonra diplomatik nümayəndəliyin əməkdaşlarının müşaiyəti ilə Türkiyə ərazisindən çıxarılıb.Xatırladaq ki, 1964-1970-ci illərdə Moskva Dövlət Universitetinin nəzdindəki Şərq Dilləri İnstitutunda “Türk dili və ədəbiyyatı” ixtisası üzrə təhsil alıb.
-
Magazin109:00
Aygün Kazımovanın qızının yeni görüntüləri yayıldı - FOTO
-
Magazin207:30
İllərlə GİZLƏDİLƏN GÖZƏL: bu dəfə rus dizaynerin xəz paltarında parladı - FOTO/VİDEO
-
Səhiyyə06:16
Uşaqlarda qan xərçəngi üçün yeni risk faktoru aşkarlandı
-
MDB05:45
Rusiyada MÖCÜZƏ BAŞ VERDİ: 13-cü mərtəbədən yıxılan qız sağ qaldı
-
İnanc04:44
Qüdsdə Müqəddəs Od: Möcüzəni görmək üçün izdiham yaşandı - FOTO/VİDEO
-
Magazin101:41
Namiq Qaraçuxurlu: “Ayrılığı çətin keçirirəm”
-
İdman01:11
Ronaldo het-trik etdi - VİDEO
-
Magazin100:15
Elzanın oğlu əsəbiləşib məclisi tərk etdi - FOTO