Nida.az
Onur Öymen: “Azərbaycana qarşı irəli sürülən əsassız iddialar bəzi qüvvələrin məqsədinə xidmət edir”
Azərbaycanda parlament seçkilərinin xalqın iradəsinə uyğun və demokratik şəkildə keçiriləcəyinə inanırıq. Çünki ölkəniz bu istiqamətdə müsbət təcrübəyə sahibdir.
Bunu Secki-2015.az saytına açıqlamasında London Beynəlxalq Strateji Araşdırmalar İnstitutunun üzvü Onur Öymen deyib.
Azərbaycanın sürətlə inkişaf edən ölkə olduğunu qeyd edən O.Öymen bildirib: “Bu inkişaf sosial sferaya təsir etdiyi kimi, siyasi sahəyə də müsbət təsir göstərir. Bu baxımdan, seçkilərin gözəl bir nümunə olacağını hesab edirəm”.
O.Öymən bir sıra Qərb strukturlarının seçkiöncəsi Azərbaycana təzyiqlərindən də danışaraq deyib: “Bu gün Avropada insan haqları və demokratiya kimi dəyərləri siyasi məqsəd üçün alətə çevirənlər mövcuddur. Təəssüf ki, onlara dəstək böyükdür. Çünki bu təşkilatlardan bəzi qüvvələr öz məqsədləri üçün istifadə edirlər. Demokratiya və insan haqları da onlar üçün sadəcə məqsədə çatmaq üçün təzyiq vasitəsidir. Bu təzyiq vasitəsindən Türkiyəyə və Azərbaycana qarşı da istifadə edirlər. Hesab edirəm ki, seçki öncəsi insan haqları və demokratiya adı altında Azərbaycana qarşı irəli sürülən əsassız iddialar və təzyiqlər bəzi qüvvələrin siyasi məqsədinə xidmət edir”, - deyə O. Öymen söyləyib.
-
Magazin109:00
Aygün Kazımovanın qızının yeni görüntüləri yayıldı - FOTO
-
Magazin207:30
İllərlə GİZLƏDİLƏN GÖZƏL: bu dəfə rus dizaynerin xəz paltarında parladı - FOTO/VİDEO
-
Səhiyyə06:16
Uşaqlarda qan xərçəngi üçün yeni risk faktoru aşkarlandı
-
MDB05:45
Rusiyada MÖCÜZƏ BAŞ VERDİ: 13-cü mərtəbədən yıxılan qız sağ qaldı
-
İnanc04:44
Qüdsdə Müqəddəs Od: Möcüzəni görmək üçün izdiham yaşandı - FOTO/VİDEO
-
Magazin101:41
Namiq Qaraçuxurlu: “Ayrılığı çətin keçirirəm”
-
İdman01:11
Ronaldo het-trik etdi - VİDEO
-
Magazin100:15
Elzanın oğlu əsəbiləşib məclisi tərk etdi - FOTO