Nida.az
Çavuşoğlunun Bakıya qəfil səfərinin “pərdə arxası” – AÇIQLAMA
"Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun bu gün axşam qəfil Azərbaycana səfər etməsinə münasibət bildirib.
Publika.az-ın məlumatına görə, politoloq E.Şahinoğlu deyib ki, Mövlud Çavuşoğlu bu gün təsadüfən Bakıya gəlmir. Onun sözlərinə görə, Rusiya-Türkiyə münasibətlərinin gərginləşməsi fonunda Ankara rəsmi Bakıdan qətiyyət gözləyir:
“Qətiyyət o demək deyil ki, Azərbaycan Xarici İşlər Nazirliyi təyyarənin vurulmasında Türkiyənin mövqeyini müdafiə edən bəyanat yaysın. Qətiyyət odur ki, rəsmi Bakı Kremldən çəkinməsin, Azərbaycan-Türkiyə hərbi əməkdaşlığına, birgə hərbi təlimlərə ara verməsin. Əks halda, bu, rəsmi Bakının həm Ankaraya, həm də elə Moskvaya yanlış mesajı olar. Aydındır ki, təyyarənin vurulması fonunda Ermənistan hakimiyyəti cəbhə bölgəsində təxribat yaratmaqla Rusiya diplomatiyasının və hərbi maşının Azərbaycana qarşı istifadəyə həvəsləndirəcək. Türkiyənin xarici işlər nazirinin Bakıya səfəri İrəvanla Moskvaya mesajdır ki, odla oynamasınlar”.
Vasif Həsənli
-
Art18:33
Azərbaycanda gənc yazıçı vəfat etdi
-
Nida Xəbər 18:30
Prezidentdən Fransaya XƏBƏRDARLIQ: "Kritik həddə çatsa, onda bizdən heç kim inciməsin”
-
Ekologiya18:08
Güclü külək əsəcək, yağış yağacaq - XƏBƏRDARLIQ
-
Region18:00
Köçəryan Paşinyanın impiçmenti ideyasını ələ saldı: O səsləri haradan alacaqlar?
-
Rəsmi xronika17:30
İlham Əliyev Laçında sakinlərlə görüşdü
-
Qarabağ 17:10
Vardanyanın Bakıda “yazdığı” məktub həbsxanadan necə çıxıb?
-
Qoroskop16:42
40 yaşından sonra həyatları dəyişəcək bürclər: Pul, ev, karyera...
-
Rəsmi xronika16:00
İlham Əliyev və xanımı Şuşada açılışda iştirak etdilər