Nida.az
Prezident İlham Əliyev Haaqaya gedib - Yeniləndi
Azərbaycan prezidenti İlham Əliyev Haaqa şəhərində keçirilən
Nüvə Təhlükəsizliyi Sammitində iştirak etmək üçün martın 23-də
Niderlanda işgüzar səfərə gedib. Bu barədə prezidentin rəsmi saytı
məlumat yayıb.
Martın 18-də Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov
bildirib ki, Azərbaycan və Ermənistan xarici işlər nazirləri martın
24-25-də Haaqada keçiriləcək nüvə təhlükəsizliyi sammiti
çərçivəsində görüşəcəklər.Onun sözlərinə görə, bu görüşdən sonra
apreldə ATƏT-in Minsk Qrupunun həmsədrləri regiona səfər
edəcəklər.
“Biz danışıqlar xatirinə danışıqları apara bilmərik. Hazırda
konkret məsələləri müzakirə edirik. Böyük sülh sazişinə hazırlığa
başlamaq lazımdır”, - E.Məmmədyarov qeyd edib.
O deyib ki, danışıqlar sonsuzadək davam edə bilməz, bundan ötrü
müəyyən vaxt var. Ermənistan öz qoşunlarını işğal etdiyi Azərbaycan
ərazilərindən çıxarmalıdır.
00.43
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Haaqa şəhərində keçirilən Nüvə Təhlükəsizliyi Sammitində iştirak etmək üçün martın 23-də Niderland Krallığına işgüzar səfərə gəlib. /Azərtac/
-
Sosial17:27
İsa Qəmbər yenidən başqan seçildi
-
Dünya17:00
Zelenski axtarışa verildi
-
Sosial16:35
Nazir rəisi işdən azad etdi
-
Sosial16:15
Bu o demək deyil ki, yaxşı işləri dəyərləndirməməliyik - İsa Qəmbər
-
Maraq dünyası15:10
"Ferrari" ən güclü avtomobilini təqdim etdi - ŞOK QİYMƏT
-
Rəsmi xronika14:14
İlham Əliyev qanun imzaladı
-
ABŞ13:55
Seçkiqabağı sorğu: İkisindən biri 10 faiz öndədir
-
Dünya13:20
Peter Siyarto Makrona qarşı çıxdı