Hakimiyyətə dövlətçilik maraqları olan gənclər gəlməlidir
Bizi izləyin

Nida.az

Hakimiyyətə dövlətçilik maraqları olan gənclər gəlməlidir

Hәr bir millәti digәr xalqlardan fәrqlәndirәn әn önәmli xüsusiyyәt yüksәk mәnәvi dәyәrlәr sisteminә malik olmasıdır. Bu baxımdan milli adәt vә әnәnәlәr vә onun әsasında formalaşdırılan yüksәk mәnәvi dәyәrlәr sistemi bir millәtin simasını göstәrir.

Publika.az xəbər verir ki, bir neçə gün öncə Prezident İlham Əliyev Azərbaycan Gənclərinin Birinci Forumunun 20 illiyi münasibətilə ölkə gənclərinin bir qrupu ilə görüşündə də bu məsələlərə toxunaraq gənclərə milli dəyərlərimizi hər şeydən üstün tutmağı, vətənpərvərlik və mənəvi məsələlərdə hər zaman prinsipial olmağı tövsiyə edib, gənclərin ölkəmizin inkişafına xidmət edəcəklərinə əminliyini bildirib.

Gənclərin cəmiyyətimizin fəal üzvləri kimi ölkəmizin güclənməsində əsas rol oynadıqlarını diqqətə çatdıran dövlət başçısı onların fəaliyyətini yüksək qiymətləndirərək həm beynəlxalq müstəvidə, həm də ölkə daxilində bu gün böyüyən gənclərin xalqa, dövlətə bağlı olmasını təqdirəlayiq hal hesab edib:

“Gənclərin milli ruhda tərbiyə almaları çox önəmlidir. Biz milli dəyərlərimizi hər şeydən üstün tutmalıyıq. Hətta sovet dövründə dilimizi, adət-ənələrimizi, bayramlarımızı qorumuşuq. Yadımdadır, Moskvada oxuyanda Novruz bayramında bufetə şəkərbura, paxlava, səməni gətirəndə məni orada tənqid edir, tənbeh edirdilər ki, Əliyev burada dini bayramı qeyd edir. Yəni, o da olub. Amma qorumuşuq və müdafiə etmişik. Baxmayaraq ki, Novruz bayramı dini bayram deyil, indiki şəraitdə əlbəttə, biz onu qorumalıyıq. Çünki indi başqa risklər, başqa çağırışlar var - qloballaşma, digər kənar təsirlər. Bəzi xarici dairələr gənclər arasında iş aparırlar və aydındır ki, bunun məqsədi nədir. Məqsəd özləri üçün dayaq yaratmaqdır. O dayaq ki, nə vaxtsa işə salına bilər. Amma gənclər milli ruhda böyüyəndə əlbəttə ki, xarici təsirin heç bir əhəmiyyəti olmayacaq. Ona görə vətənpərvərliyi, milli dəyərləri, ənənələri qorumalıyıq və biz qoruyuruq. Əsas budur. Bugünkü Azərbaycan iqtidarı bu sahəyə çox böyük diqqət göstərir. Elə etməliyik ki, bu, davamlı olsun. Bizdən sonra hakimiyyətə gələn nəsil də bu amalla yaşasın - dövlətçilik, milli maraqlar, azərbaycançılıq, ləyaqət və güclü dövlət”.

Bu adәt vә әnәnәlәr mәnәvi baxımdan nә qәdәr zәngin olsa, hәmin gәnclәr dә o qәdәr cәmiyyәt üçün xeyirli şәxs kimi yetişər vә dövlәtin daha da güclü olmasına öz töhfәsini verər.

Azәrbaycanın milli­-mәnәvi dәyәrlәrinә yiyәlәnmәklә gәnc nәslin milli ruhda tәrbiyә olunması mәsәlәsi hələ illər öncə ulu öndər Heydәr Әliyev tәrәfindәn әsas vәzifәlәrdәn biri kimi irәli sürülüb. Dövlәt başçısı bu mәsәlәdәn bәhs edәrkәn gənclərin əsl vətənpərvər kimi yetişməsində milli dəyərlər sistemimizin mühüm rolu olduğunu deyirdi: “Gәnclәrimiz bizim tariximizi yaxşı bilmәlidir, milli dәyәrlәrimizi yaxşı bilmәlidir. Milli dәyәrlәrimizi, milli adәt vә әnәnәlәrimizi, tariximizi yaxşı bilmәyәn gәnc vәtәnpәrvәr ola bilmәz”.

Azәrbaycanda adәt vә әnәnәlәrin qorunub saxlanılması istiqamәtindә hәyata keçirilәn tәdbirlәr bu gün də davam etdirilir. Prezident İlham Әliyevin Novruz vә digәr milli bayramlarımızda iştirakı və bu bayramların yüksək səviyyədə keçirilməsinə çalışması onun bariz sübutudur.

Azәrbaycan özünün zәngin milli, әxlaqi vә mәnәvi dәyәrlәr sistemi ilә bәşәr sivilizasiyasına әvәzsiz töhfәlәr verib. Min illәr boyu formalaşan adәt vә әnәnәlәr millәtimizin keçmişi ilә bu günü vә gәlәcәyi arasında sarsılmaz bir mәnәvi körpü rolunu oynayır. Tәbii ki, bütün dövrlәrdә mütәrәqqi adәt vә әnәnәlәrin yaradıcısı, eyni zamanda onu qoruyub zәnginlәşdirәn vә gәlәcәk nәsillәrә çatdıran xalqdır. Bayram adәt-­әnәnәlәri, toy, yas mәrasimlәri, islam dininin bәşәri hisslәri tәbliğ edәn dәyәrlәri xalqımızın milli­mәnәvi simasının aynası hesab edilir.

Prezident həmçinin çıxışında hakimiyyətə gələn nəsillərin də dövlətçilik, milli maraqlar, azərbaycançılıq, ləyaqət və güclü dövlət amalları ilə yaşamalı olduqlarını deyib. Onun sözlərinə görə, artıq Azərbaycan menecerləri iri layihələrin, müəssisələrin idarə edilməsi işini öz öhdələrinə götürməyə başlamalıdır. Strategiya düzgün qurulmalıdır ki, 5-10 il ərzində bütün şirkətlərimizin başında Azərbaycan vətəndaşları dayansın.

Peşə təhsili ümumi iqtisadi inkişafımızla uzlaşmalıdır. Dövlət başçısı hesab edir ki, Təhsil və İqtisadiyyat nazirlikləri peşə təhsilinin geniş vüsət almasını təşkil etməlidirlər. Gənc mütəxəssislərimiz bütün beynəlxalq təşkilatlarda təmsil olunub yaxşı təcrübə toplamalı olduğunu deyən prezidentin sözlərinə görə, gənc sahibkarlar müəyyən struktur çərçivəsində birləşə və daha çox innovasiyalarla bağlı olan sahələrə investisiya cəlb edə bilərlər.

“Artıq həm Təhsil Nazirliyinə, həm İqtisadiyyat Nazirliyinə müvafiq göstərişlər verilmişdir ki, peşə təhsili Azərbaycanda geniş vüsət almalıdır. Çünki bu gün bizə daha çox mühəndis, müxtəlif peşə sahibləri lazımdır. Peşə təhsili elə qurulmalıdır ki, ümumi iqtisadi inkişafımızla uzlaşsın. Çünki biz iqtisadi inkişafımızı, o cümlədən sənaye inkişafımızı planlaşdırırıq. Əlbəttə, dövlət müəyyənləşdirir ki, hansı sahələr inkişaf edəcək və beləliklə, bizə hansı sahələrdə daha çox mütəxəssis lazım olacaq. Bu gün bizdə bəzi hallarda insanların bir hissəsi işsizdir, amma, eyni zamanda, çoxlu vakansiyalar var. Sadəcə olaraq o vakansiyaları doldurmaq üçün bəzi insanlarda peşə qabiliyyəti çatmır. Ona görə peşə təhsilinin inkişafı gələcək illər üçün prioritet olacaqdır və yeni peşə məktəblərinin tikilməsi üçün dövlət büdcəsindən vəsait ayrılacaqdır”.

Hər kəsin ali təhsil ala bilmədiyi faktdır və bütün dünyada normal hal kimi qarşılanır. Mütəxəssislər hesab edirlər ki, gənclərin peşə təhsilinə marağını daha da artırmaq lazımdır. Bunun üçün ilk növbədə, bütün peşə məktəblərində müasir avadanlıqlarla təhciz olunmuş emalatxanalar olmalıdır. Bu gün müasir avadanlıqlarla, texnologiyalarla işləməyi bacaran peşə sahibləri yetişməlidir. Əgər belə olarsa, xaricdən işçi qüvvəsinə də ehtiyac qalmayacaq. Eyni zamanda, yaradılan böyük müəssisələr peşə məktəblərinə kadr sifarişləri verməlidir. Ona görə də, bu sistemi inkişaf etdirmək lazımdır ki, gənclərimiz müxtəlif peşələrin kamil bilicisi olsunlar. Çünki əsl sənətkarlara, məsələn, işini yaxşı bacaran dülgərə, bənnaya, qaynaqçıya, avtomobil ustasına və s. peşə sahiblərinə ehtiyacı var və bir iş görəndə peşəkarları axtarırıq. Əgər gənclərimiz yaxşı peşə təhsili alsa və bu iş sistemli təşkil olunsa, o, özünə iş tapacaq və ailəsini dolandıracaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm