Xocalı soyqırımı Dubayda anılıb
Bizi izləyin

Nida.az

Xocalı soyqırımı Dubayda anılıb

Dubay əmirliyində yerləşən “Heriot Watt” Universitetində Xocalı soyqırımının 24-cü ildönümü ilə bağlı tədbir kecirilib.

Publika.az Diasporla İş üzrə Dövlət Komitəsinə istinadən xəbər verir ki, Azərbaycan Tələbə Cəmiyyəti tərəfindən fevralın 24-də təşkil olunan tədbirə universitetin rəhbər və müəllim heyəti, xarici tələbələr qatılıb.

Öncə tədbir iştirakçılarına ermənilərin Xocalıda dinc azərbaycanlılara qarşı törətdiyi soyqırım haqqında məlumat verilib. 1992-ci il fevralın 25-dən 26-a keçən gecə erməni silahlı birləşmələrinin 366-cı moto-atıcı alayın dəstəyi ilə Xocalı sakinlərinə qarşı həyata keçirdiyi qətliamın insanlığa qarşı törədilən cinayət aktı olduğu vurğulanıb.

Daha sonra iştirakçılara Heydər Əliyev Fondunun dəstəyi ilə hazırlanmış, Xocalı qətliamı haqqında sənədli film nümayiş etdirilib.

Anar Tağıyev

Oxumağa davam et
Reklam
Reklam

Gündəm