Nida.az
“Azərbaycan Kommunist Partiyası bağlansın”- Tələb
Azərbaycan Kommunist partiyasının bağlanması tələb edilib.ADP-dən
Publika.Az -a verilən məlumata görə, bu barədə
partiyanın İdarə Heyətinin bu gün keçirilən iclasında təklif irəli
sürülüb.
İdarə Heyəti 31 Mart Azərbaycanlıların Soyqırımı gününün ildönümünü müzakirə edərək bu hadisənin milli yaddaşa həkk olunması istiqamətində təbliğatın gücləndirilməsinin vacibliyini, eyni mahiyyətli olduğuna görə Xocalı soyqırımı ilə 31 Mart qırğınını birləşdirməyi və soyqırımı dünya ictimaiyyətinə çatdırılması üçün daha geniş dövlət tədbirlərinin, bu tədbirlərin yalnız təqvimdən təqvimə deyil, ardıcıl və məqsədyönlü şəkildə həyata keçirilməsinin vacibliyini diqqətə çatdırıb və hakimiyyəti dünya dövlətlərinin bu hadisələrə hüquqi və siyasi qiymət vermələri üçün səylərini artırmağa çağırıb.
İdarə Heyəti eyni zamanda hakimiyyəti 31 mart qırğınının
bolşeviklərin rəhbərliyi ilə həyata keçirilməsini, Azərbaycan
istiqlaliyyətinə qarşı çıxış etdiklərinə, respublikamızın Rusiya
tərəfindən işğal və ilhaq edilməsində müstəsna rol oynamış və
Krımın işğalı ilə bağlı dövlət və milli maraqlarımıza zidd mövqe
nümayiş etdirdiyini nəzərə alaraq Azərbaycanın müvafiq dövlət
orqanlarını rus bolşevizminin müasir davamçısı olan Azərbaycan
Kommunist Partiyasının fəaliyyətinin dayandırılması ilə bağlı qərar
verməyə çağırıb.
Asif
-
Art20:00
"Sehirli xalat"ın "Zərifə" və "Eldar"ı 60 il sonra - VİDEO
-
Kriminal19:55
Azərbaycanda həkim güllələnərək öldürüldü - TƏFƏRRÜAT/YENİLƏNDİ
-
Magazin119:12
Orxan Lökbatanlı SÖZ VERDİ: "Rəşad Dağlı azad olunanda..." - VİDEO
-
Elm və təhsil18:50
Misir Mərdanov nazir olanda hansı qohumlarına vəzifə verib? - Özü DANIŞDI / VİDEO
-
Sosial17:45
Restoranlarda "servis haqqı" fırıldağı: bu halda... - VİDEO
-
Sosial17:27
İsa Qəmbər yenidən başqan seçildi
-
Dünya17:00
Zelenski axtarışa verildi
-
Sosial16:35
Nazir rəisi işdən azad etdi