
“Can Azərbaycanla qiyamətə qədər çiyin-çiyinə
dayanacağıq”.
Publika.az xəbər verir ki, bu barədə Türkiyə
Baş naziri Əhməd Davudoğlu deyib.
Onun sözlərinə görə, Azərbaycanın hər bir şəhidi Türkiyənin
şəhididir.
“Bütün dünya bilməlidir ki, Türkiyə can Azərbaycanla
çiyin-çiyinə dayanmağı qiyamətə qədər davam etdirəcək. Can
Azərbaycanımızın verdiyi hər şəhid bizimdir. Dağlıq Qarabağ da
daxil olmaqla Azərbaycanın bütün torpaqları azad olunan qədər
qardaşlarımızın yanında dayanmağa davam edəcəyik”, - deyə Davudoğlu
bəyan edib.
Asif