Nida.az
Ermənistan təsdiqlədi: Azərbaycan bu əraziləri ələ keçirib
“Ordumuzun məğlubiyyətinə, Azərbaycan tərəfinin strateji
əhəmiyyətli hündürlükləri tutmasına görə Serj Sarkisyan istefa
verməlidir”.
Publika.az xəbər verir ki, bu barədə
Ermənistanın “armaneianreport” saytında dərc olunan məqalədə
müəllif Qraçya Qalustyan yazıb.
Onun sözlərinə görə, Ermənistan ictimaiyyəti Sarkisyanı istefaya məcbur etməlidir: “Bizim hökmdarlar indiyə qədər cəmiyyəti aldadırdı ki, Azərbaycan gücsüz ölkədir və bizə heç nə edə bilməz. Halbuki, Azərbaycan həm müharibədə, həm də diplomatiyada Ermənistanı məğlub etdi. Son hadisələr Sarkisyanın bizi indiyə qədər barmağına doladığını sübut etdi”.
Müəllif diqqətə çatdırıb ki, hakimiyyətin strateji yüksəklikləri
geri aldığına dair məlumatları da başdan-ayağa yalandır.
“Artıq Azərbaycan aldığı yüksəliklərdən real fotolar paylaşıb.
Hakimiyyətin itkilər haqda dediyi rəqəmlər də yalandır. Bu, sadəcə
ümumi sayın cüzi hissəsidir. Onlar guya qələbə çaldığımıza dair
ümumi fikir təlqin edirlər. Amma həqiqəti gizlətmək mümkün deyil.
Görünür, Ermənistan hakimiyyəti heç bir təhlükəyə hazır deyil və bu
bizim – sadə əhalinin həyatı bahasına başa gəlir. Məhz bunlara
görə, artıq istefanın vaxtıdır”, - deyə o qeyd edib.
Müəllif erməni ictimaiyyətini Serj Sarkisyanın istefasını tələb
etməyə çağırıb.
Asif Nərimanlı
-
Sosial12:58
Sabah 32 dərəcə isti olacaq
-
Nida Xəbər 12:16
XİN Avropa Parlamentinə cavab verdi
-
Nida Xəbər 11:55
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Nida Xəbər 10:29
Qriqoryan İrana hesabat verdi: Delimitasiya ilə bağlı
-
Nida Təhlil 09:26
Füzulidən Berlinə uçuş: Əliyevin təyyarəsi niyə Qarabağdan qalxdı?
-
Sosial08:42
Azərbaycanda general vəfat etdi
-
Magazin208:00
Şakira açıq-saçıq geyimi ilə heyrətləndirdi - FOTO
-
Yaxın Şərq07:30
"Hizbullah" İsraili artilleriyadan atəşə tutdu