• USD 1,7000 0,00% EUR 1,9969 +0,11%
    • GBP 2,1995 +0,77% RUB 0,0219 +1,83%

Səfir: Azərbaycanın güclü, çiçəklənən və sabit ölkə olmasına kömək etmək istəyirik

  • Nida.az
  • 13 Aprel 2016 03:43
  • 717 Baxış
Səfir: Azərbaycanın güclü, çiçəklənən və sabit ölkə olmasına kömək etmək istəyirik

"ABŞ və Azərbaycan uzun illərdir ki, dostluq edirlər. Biz çətin məqamlarda Sizin yanınızda olmuşuq və indi də Sizə yardım etmək istəyirik".

Bunu ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta aprelin 12-də Azərbaycandakı Amerika Ticarət Palatasının nümayəndə heyəti Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən qəbul edilən zaman deyib.

Səfir bildirib ki, energetika sektoru hər iki tərəf üçün və ümumiyyətlə, dünya miqyasında vacib sahədir.

R.Sekuta vurğulayıb ki, ABŞ şirkətləri Azərbaycanda təkcə istehsalat sahəsində yox, həmçinin xidmət və digər sahələrdə daha güclü rola yiyələnmək üçün başqa ölkələrdəki şirkətlərlə işləyirlər:

"Hesab edirəm ki, kənd təsərrüfatı, yüksək texnologiyalar və turizm sahələrində, habelə Sizin qeyd etdiyiniz yeni sahələrin inkişafında biz Sizə yardımçı ola bilərik. Bizim çoxlu diqqət yetirdiyimiz və ABŞ Beynəlxalq İnkişaf Agentliyinin missiyası ilə işləməyə çalışdığımız sahə. Yəqin ki, bilirsiniz, 1992-ci ildən bəri ABŞ Azərbaycana müxtəlif xətlərlə 1,2 milyard dollardan çox yardım etmişdir. Beləliklə, bizim diqqət yetirdiyimiz sahələrdən biri də sahibkarlığın və kənd təsərrüfatının inkişafıdır. Biz bu işin davam etdirilməsini səbirsizliklə gözləyirik. Hesab edirəm, bizim aşkar etdiyimiz əsas məsələ odur ki, özəl sektor bəzən bizə harada daha yaxşı fəaliyyət göstərdiyimizi, hansı sahələrə isə daha çox diqqət yetirilməsinə zərurət yarandığını yaxşı əks etdirir.

Vurğulamaq istəyirəm ki, Amerika tərəfindən biz Azərbaycanın güclü, çiçəklənən və sabit ölkə olmasına kömək etmək istəyirik. Hesab edirəm ki, bu, bizim, Sizin və bütün Azərbaycanın istəyidir".

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR