Nida.az
Ərdoğan və Putin Qarabağda üz-üzə gəlir
“Dağlıq Qarabağda “dördgünlük müharibə” Cənubi Qafqazda Türkiyə-Rusiya mübarizəsinin başlanğıcıdır”.
Publika.az xəbər verir ki, bu barədə
Almaniyanın “Deutsche Welle” radiosunun saytında yayımlanan
məqalədə deyilir.
Almaniyalı ekspert Piter Şturm hesab edir ki, Qarabağda müharibə
alovunu yandırmaq üçün böyük səylər tələb olunmur. Xüsusilə Türkiyə
və Rusiya Cənubi Qafqazda üz-üzə gələ bilər. Bu qarşıdurmanın
Qarabağda olması ehtimal var”.
Ekspert qeyd edib ki, Rusiyadan fərqli olaraq Türkiyə
Azərbaycanı sonuna kimi dəstəkləyəcək.
“Rəcəb Tayyip Ərdoğan bunu açıq şəkildə ifadə etdi. Amma
Rusiyanın bəyanatlarına baxmayaraq, Qarabağda baş verən hadisələr
zamanı nə Moskvanın, nə də Ermənistanın özünə müttəfiq hesab etdiyi
digər ölkələrin İrəvana dəstək vermədiyi aydın oldu”, - deyə o
diqqətə çatdırıb.
“Die Welt” nəşrinin siyasi analitiki Yuliya Smirnova da qeyd
edir ki, Putin və Ərdoğanın Qarabağda üz-üzə gəlməsi
gözləniləndir.
“Qarabağ münaqişəsi heç vaxt dondurulmuş olmayıb. 1994-cü ildə
bağlanan atəşkəsdən sonra Minsk qrupunun səyləri heç bir nəticə
vermədi. Bu, məyusluq yaradır və toqquşmalara səbəb olub. Fikrimcə,
münaqişə həll olunmayana qədər o, dondurulmuş qalmayacaq”, - deyə
ekspert bildirib.
Asif Nərimanlı
-
Art18:33
Azərbaycanda gənc yazıçı vəfat etdi
-
Nida Xəbər 18:30
Prezidentdən Fransaya XƏBƏRDARLIQ: "Kritik həddə çatsa, onda bizdən heç kim inciməsin”
-
Ekologiya18:08
Güclü külək əsəcək, yağış yağacaq - XƏBƏRDARLIQ
-
Region18:00
Köçəryan Paşinyanın impiçmenti ideyasını ələ saldı: O səsləri haradan alacaqlar?
-
Rəsmi xronika17:30
İlham Əliyev Laçında sakinlərlə görüşdü
-
Qarabağ 17:10
Vardanyanın Bakıda “yazdığı” məktub həbsxanadan necə çıxıb?
-
Qoroskop16:42
40 yaşından sonra həyatları dəyişəcək bürclər: Pul, ev, karyera...
-
Rəsmi xronika16:00
İlham Əliyev və xanımı Şuşada açılışda iştirak etdilər