Nida.az
“İrəvan Qarabağı təcili qaytarmasa...” – Ermənistanda fəlakət ssenarisi
“Ermənistan iqtisadi cəhətdən Azərbaycandan geri qalır
və onun inkişafını izləyə bilmir. Buna görə biz Qarabağ məsələsində
təcili olaraq güzəştə getməliyik. Nə qədər gec deyil, daha az itki
ilə bu prosesi başa çatdırmalıyıq”.
Publika.az xəbər verir ki, bu barədə
Ermənistanın “1in.am” saytında yayımlanan məqalədə deyilir.
Erməni müəllif Yeqiazar Ayntabsinin qələmə aldığı məqalədə
İrəvan rejimi 22 il ərzində xalqı aldatmaqda ittiham olunur: “I
Qarabağ müharibəsində atəşkəsdən sonra 22 il ərzində biz 2200 dəfə
eşidirdik ki, münaqişə artıq müharibə sferasından çıxaraq siyasi
meydana keçib və burada diplomatiya, eləcə də iqtisadiyyat əsasdır.
Amma hakimiyyət 22 il ərzində bunlardan heç birini etmədi. Əgər
yarısını belə etsəydilər, onda “dördgünlük müharibə”də tamamilə
başqa nəticə əldə edilər, Qarabağ münaqişəsinin nizama salınmasında
həm daxili, həm də xarici dəstək qazanılardı. Uzun illər biz
danışmağa öyrəşdik ki, Azərbaycanda neft və qaz var, biz iqtisadi
cəhətdən onun arxasınca çata bilmirik. Amma biz bundan nəticə
çıxara bilmədik. Hansı ki, burada iki fövqəladə nəticə əldə
olunmalı idi.
Birincisi: bizdə obyektiv səbəbdən resurslar
yoxdursa, iqtisadi rəqabətə dözə bilmiriksə, onda mümkün qədər tez
güzəştə getməliyik.
İkincisi: ilk fikrin əksinə olaraq, biz milli
birliyə nail olmalı idik”.
Müəllif qeyd edir ki, birinci variant Levon Ter-Petrosyanın
dövründə gündəmdə idi: “90-cı illərin sonlarında belə qərar
verilmişdi ki, güzəştə edərək münaqişənin həllinə nail olunur.
İkinci variant Robert Koçaryanın dövründə gündəmdə idi. Serj
Sarkisyanın “dördgünlük müharibə”dən sonra Petrosyanla görüşməsi
onun da birinci variant haqda düşündüyünü göstərir. Lakin artıq bu
da çox gec görünür. Həqiqətən də, Azərbaycan öz neft və qazı ilə
Ermənistanı geridə qoyub və biz çətin ki, onun səviyyəsinə çataq.
Buna görə də daha çox itki vermədən təcili güzəştə
getməliyik”.
Ermənistanda dövlət bəhanəsi ilə “bandokratiya” yaradıldığını qeyd edən müəllif yazır ki, İrəvan hakimiyyəti daxilində Qarabağ məsələsində təcili güzəştə getməyin tərəfdarları var: “Lakin ümumi bandokratiya buna imkan vermir. Halbuki, bu, dövləti qorumaq yox, onu məhv etmək siyasətidir”.
Asif Nərimanlı
-
Sosial12:58
Sabah 32 dərəcə isti olacaq
-
Nida Xəbər 12:16
XİN Avropa Parlamentinə cavab verdi
-
Nida Xəbər 11:55
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Nida Xəbər 10:29
Qriqoryan İrana hesabat verdi: Delimitasiya ilə bağlı
-
Nida Təhlil 09:26
Füzulidən Berlinə uçuş: Əliyevin təyyarəsi niyə Qarabağdan qalxdı?
-
Sosial08:42
Azərbaycanda general vəfat etdi
-
Magazin208:00
Şakira açıq-saçıq geyimi ilə heyrətləndirdi - FOTO
-
Yaxın Şərq07:30
"Hizbullah" İsraili artilleriyadan atəşə tutdu