Nida.az
Lavrovun “Qarabağ PLANI”: Sarkisyan təslim oldu
“Dördgünlük müharibə”dən sonra Rusiya siyasətçilərinin
regiona sıx səfər proqramı bir qədər səngidi. Məlumatlara görə,
Rusiya Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı plan hazırlayıb
və məsələ birbaşa Vladimir Putinin şəxsi nəzarətindədir. Bu plan
“Kazan düsturu”, yaxud “Lavrov planı” kimi təqdim edilir. Lakin
ümumi proseslər Kremlin köhnə variantlara istinad edərək, bir qədər
yenilənmiş formada plan hazırladığını göstərir.
Rusiya baş diplomatı Sergey Lavrovun İrəvana səfəri də baş verənlər
fonunda diqqət çəkir. Güman ki, Lavrov sözügedən planın detallarını
ermənilərlə müzakirə etmək üçün bu səfərə çıxıb.
Lavrovun İrəvan səfəri iki aspektdən diqqət çəkir.
Birinci aspekt: Putin baş diplomatının İrəvana
göndərməklə ermənilər arasında güclənmiş anti-Rusiya
əhval-ruhiyyəsini yumşaltmağı düşünür. Səfərin ictimaiyyətə açıq
hissəsində bu açıq şəkildə müşahidə olundu. Misal üçün, Lavrov
mətbuat konfransında Qarabağa görə Türkiyəni ittiham etməklə daha
çox ermənilərin izzət-nəfsini oxşamağa cəhd edirdi. Yaxud
konfransdan öncə qondarma “erməni soyqırımı” abidəsinə üzündəki
diplomatik kədərlər birgə baş çəkərək, “tər çiçəklər” düzdü.
Jurnalistlərə açıqlamasında Rusiyanın Ermənistan iqtisadiyyatının
inkişafında maraqlı olduğunu bildirdi və qeyd etdi ki, Moskva
erməni iqtisadiyyatının Avrasiya İqtisadi İttifaqınam sürətli
inteqrasiyası üçün əlindən gələni edəcək. Bu ictimai rəyə
hesablanmış ümumi diplomatik dil idi.
İkinci aspekt: Bağlı qapılar arxasında Lavrovun
hansı dildən istifadə etdiyini deyə bilmərik, amma bunun diplomatik
dil olmadığı dəqiqdir. Çünki Ermənistanda son günlərin abı-havası
belə fikirləşməyə imkan verir. Serj Sarkisyan Dağlıq Qarabağa səfər
etdi. Bu, Azərbaycan Ordusu qarşısında titrəyən erməni
hərbiçilərinə ürək-dirək vermək xarakteri daşıyırdı. Lakin erməni
mənbələr Sarkisyanın Qarabağdakı hərbiçilərlə boşaldılacaq
əraziləri müzakirə etdiyini qeyd edir. Ardınca Sarkisyanın Qarabağ
danışıqlarında ediləcək güzəştlərlə bağlı xalqına müraciət edəcəyi
haqda da məlumat yayıldı. Rusiyanın Qarabağ planının detalları
bəlli deyil, amma erməni mediası tez-tez “Ermənistan güzəştə məcbur
edilir” deyə yazırlar. Deməli Lavrov bağlı qapılar arxasında daha
çox diktə dili ilə danışıb. Lavrovun səfərindən sonra baş verəcək
proseslər bağlı qapılar arxasında müzakirə ediləcək məsələlərə
müəyyən aydınlıq gətirə bilər.
***
Ermənistanda “lragir” saytının Lavrovun səfərinə dair yaydığı
məlumat bu kontekstdə diqqət çəkir.
“Lavrov İrəvana Rusiyanın planını gətirdi və bu plan faktiki olaraq
Ermənistanın əraziləri boşaltmasını özündə əks etdirir. Artıq o
faktdır ki, Sarkisyan Qarabağa məhz bu planı müzakirə etmək üçün
getmişdi. Maraqlıdır ki, Sarkisyan Qarabağda görüşlərini axşam
saatlarında keçirdi. Bu, adətən fövqəladə məsələsinin müzakirə
edilməsinə bənzəyirdi. Məlumatlara görə, bu müzakirələrdə
“Daşnaksütyun” partiyası da iştirak edib, həmçinin, bir neçə
generallar da orada olub. Yəni müzakirə təkcə Qarabağdakı
hərbiçilərlə aparılmayıb, orada İrəvandan getmiş bir çox siyasətçi
və hərbiçi də olub. Sarkisyan Rusiyanın Qarabağ planını təqdim edib
və ciddi etirazla qarşılanıb. Sabiq xarici işlər naziri Georqi
Petrosyan ayağa qalıb və qapını çırparaq çıxıb. Məlumatlara görə,
deputat general Vitali Balasanyan bildirib ki, kimsə bu razılaşmanı
imzalamağa cürət etsə, onu şəxsən özü güllələyəcək. Dağlıq
Qarabağın (qondarma “DQR”) “xarici işlər naziri” isə çıxışında
Rusiyanın planına uyğun danışıb”, - deyə sayt yazır.
Hesab etmək olar ki, Rusiya əvvəlcə Qarabağla bağlı planı İrəvana
təqdim edib. Sarkisyan da həmin planı Xankəndində keçirilən iclasda
müzakirə edib. Sözsüz ki, bu “Qarabağı tərəf kimi göstərmək”
siyasətinin davamı, həm də Rusiyaya “Qarabağın taleyini onlar həll
edir” mesajı idi. Məhz buna görə planın müzakirəsi üçün yer
Xankəndi seçilib. Lakin Kreml İrəvana təqdim etdiyi planla bağlı
qənaətbəxş cavab almadığı üçün, Lavrov birbaşa ermənilərin
paytaxtına gələrək, onlara diktə edib.
Asif Nərimanlı
-
Magazin207:30
İllərlə GİZLƏDİLƏN GÖZƏL: bu dəfə rus dizaynerin xəz paltarında parladı - FOTO/VİDEO
-
Səhiyyə06:16
Uşaqlarda qan xərçəngi üçün yeni risk faktoru aşkarlandı
-
MDB05:45
Rusiyada MÖCÜZƏ BAŞ VERDİ: 13-cü mərtəbədən yıxılan qız sağ qaldı
-
İnanc04:44
Qüdsdə Müqəddəs Od: Möcüzəni görmək üçün izdiham yaşandı - FOTO/VİDEO
-
Magazin101:41
Namiq Qaraçuxurlu: “Ayrılığı çətin keçirirəm”
-
İdman01:11
Ronaldo het-trik etdi - VİDEO
-
Magazin100:15
Elzanın oğlu əsəbiləşib məclisi tərk etdi - FOTO
-
Magazin24 May 23:48
“Əsgərlər” serialının aktrisası VƏFAT ETDİ