Nida.az
Qarabağda sülhməramlılar yerləşdirilir? – XİN açıqladı
“Dağlıq Qarabağda sülhməramlıların yerləşdirilməsi məsələsi haqqında danışmaq hələ tezdir”.
Publika.az Ermənistanın “news.am” saytına istinadən xəbər verir ki, bunu Moskvada erməni jurnalistlərlə söhbətindədə Rusiya Xarici İşlər Nazirliyinin MDB ölkələri üzrə IV Departamentinin direktoru Aleksey Pavlovskiy deyib.
“Ən vacib məsələ Qarabağ münaqişəsinin hərbi həllinin olmadığı barədə fundamental ideyanı dəstəkləməkdir. Bu ideya bəzən ritorik,bəzən isə təcrübədə şübhə altına alınır”, - rusiyalı diplomat bildirib.
Aleksey Pavlovskiy qeyd edib ki, bu məsələ Madrid prinsiplərindən başlayaraq danışıqlar masası üzərində olan nizamlanma sxemlərində yer alıb. Onun sözlərinə görə, razılaşma əldə olunduğu halda başlanğıc mərhələdə münaqişə zonasında sülhməramlılar yerləşdirilə bilər.
“Bu məsələdə irəli qaçmaq lazım deyil və ona aktuallıq müddətində qayıtmaq lazımdır”, - deyə diplomat qeyd edib.
Danışıq prosesində Dağlıq Qarabağ separatçılarının tərəf olaraq iştirakı ilə bağlı məsələyə gəlincə, diplomat Ermənistanın bu barədə rəsmi bəyanat vermədiyinin vurğulayıb: “Heç kim rəsmən bu cür təklif irəli sürməyib”.
Onun fikrincə, Rusiya və digər həmsədr ölkələrin kağızda öz mövqelərini kağızda tamamilə aydın şəkildə qeyd etməsi əhəmiyyətlidir. O, xatırladıb ki, bu mövqeyə görə 1994-1995-ci illərdə əldə olunan razılaşmalar atəşkəs və sülh prosesinin davam etdirilməsi üçün fundament olaraq qalır.
Ömər Dağlı
-
Sosial12:58
Sabah 32 dərəcə isti olacaq
-
Nida Xəbər 12:16
XİN Avropa Parlamentinə cavab verdi
-
Nida Xəbər 11:55
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Nida Xəbər 10:29
Qriqoryan İrana hesabat verdi: Delimitasiya ilə bağlı
-
Nida Təhlil 09:26
Füzulidən Berlinə uçuş: Əliyevin təyyarəsi niyə Qarabağdan qalxdı?
-
Sosial08:42
Azərbaycanda general vəfat etdi
-
Magazin208:00
Şakira açıq-saçıq geyimi ilə heyrətləndirdi - FOTO
-
Yaxın Şərq07:30
"Hizbullah" İsraili artilleriyadan atəşə tutdu