Nida.az
Elmar Məmmədyarov: “Status-kvo”nun dəyişməsinin vaxtı çatıb”
"Son 1,5 il ərzində 4 dəfə Almaniyaya səfər etmişəm. Almaniya ilə Azərbaycan arasında münasibətlər günü-gündən gücləndirilir".
APA-nın məlumatına görə, bunu Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov almaniyalı həmkarı, ATƏT-in fəaliyyətdəki sədri Frank Valter Ştaynmayerlə birgə keçirdiyi brifinqdə deyib.
Azərbaycanın Almaniyanın Cənubi Qafqazda ən böyük ticarət tərəfdaşı olduğunu deyən nazir qeyd edib ki, Azərbaycanın təqdim etdiyi enerji, nəqliyyat layihələrinə böyük maraq var.
"Azərbaycan Almaniya mədəniyyət abidələrinin bərpası üçün böyük işlər görür. Azərbaycan Aİ-yə strateji tərəfdaşlıq haqqında layihə təqdim edib. Düşünürük ki, danışıqlara başlamaq üçün bu ilin payızında mandat veriləcək. Aİ ilə münasibətlərimiz gündən günə güclənir", - deyə o vurğulayıb.
E. Məmmədyarov Dağlıq Qarabağ məsələsinə toxunulduğunu da bildirib: "Biz inanırıq ki, məsələ ilə tam ciddi məşğul olmağımız üçün vaxt çatıb. Bu münaqişə həll olunmalıdır. Addım-addım bu məsələni yerindən tərpətməli və irəliləyişə nail olmalıyıq. Azərbaycan bəyan edib ki, münaqişənin həlli üçün Ermənistan qoşunları Azərbaycan ərazisindən çıxarılmalıdır. "Status-kvo"nun dəyişməsinin vaxtı çatıb, o dayanıqlı deyil".
Qeyd edək ki, Dağlıq Qarabağ münaqişəsinin müasir mərhələsi 1988-ci ildə Ermənistan SSR-in Azərbaycan SSR-ə qarşı ərazi iddiaları əsasında başlayıb.
-
Sosial19:00
Azərbaycanda ŞOK OLAY: kişi dostunun 14 yaşlı qızını qaçırdı, sonra...
-
Sosial18:36
Direktorla qadın müəllim arasında DAVA: müəllimin halı pisləşdi, təcili yardım gəldi - FOTO
-
Magazin118:12
Aygün Kazımova ilə çobanın söhbəti gündəm oldu - VİDEO
-
Dünya17:55
Bu ölkənin bayrağı ilə "Avroviziya"ya giriş qadağan edildi
-
Avropa17:12
Gürcüstana xəbərdarlıq edildi: Qəbuledilməzdir!
-
Sosial16:23
Parlament seçkiləri önə çəkilə bilər - Məzahir Pənahov
-
Nida Xəbər 15:48
Xəritə yayıldı: ermənilərin zəbt etdiyi bu ərazilər Azərbaycana təhvil verilir - VİDEO
-
Magazin115:26
Tələbələrimin hamısı yuxarıdan tapşırılır - VİDEO