Azərbaycanla BMT arasında yeni layihə imzalandı
Bizi izləyin

Nida.az

Azərbaycanla BMT arasında yeni layihə imzalandı

Bu gün Azərbaycan Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında "Azərbaycan Respublikasında dövlət qulluğu üzrə təlimə dəstək" adlı birgə layihənin imzalanma mərasimi keçirilib.

Publika.az xəbər verir ki, layihə sənədi BMT-nin İnkişaf Proqramının Azərbaycandakı Rezident nümayəndəsi Qulam İshaqı və Azərbaycan Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru, akademik Urxan Ələkbərov tərəfindən imzalanıb.

Tədbiri giriş sözü ilə açan Azərbaycan Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru Urxan Ələkbərov bildirib ki, indi Azərbaycanda çevik dövlət qulluğu sistemi formalaşıb.

Rektor ulu öndər Heydər Əliyevin Azərbaycanda dövlət idarəetmə sisteminin formalaşması və dövlət qulluğunun inkişafı istiqamətində misilsiz fəaliyyətinin olduğunu söyləyib: "Həmçinin, ölkə Prezidenti İlham Əliyev müstəqil Azərbaycanın dövlət idarəçiliyinin innovativ inkişafında böyük xidmətlər göstərib. Bütün bunların nəticəsi olaraq BMT tərəfindən qəbul olunan 2015-2030-cu illər üçün "Davamlı İnkişaf Məsələləri"ndə nəzərdə tutulan məsələlərin bir çoxu artıq ölkədə yüksək səviyyədə həllini tapıb. Bu fakt nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən də təsdiqlənib və indiki layihənin reallaşdırılması ölkədə davamlı inkişafın planlaşırılması və idarə edilməsi proseslərini daha da sürətləndirəcək".

Təbirdə məlumat verilib ki, layihə Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı (BMTİP) tərəfindən Azərbaycan Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası ilə birgə həyata keçiriləcək, BMTİP və Avropa İttifaqı tərəfindən birgə maliyyələşdirilir.

Layihənin sənədinə əsasən, ümumilikdə 500 nəfərdən çox insan sözügedən layihədən yararlanacaq.

BMT-nin İnkişaf Proqramının Azərbaycandakı Rezident nümayəndəsi Qulam İshaqı isə deyib ki, sözgedən layihə böyük əhəmiyyətə malikdir:

"Əsasən inkişaf etməkdə olan ölkələrdə BMT-nin Davamlı İnkişaf Gündəliyini tam həyata keçirmək üçün dövlət qulluğunun səmərəliliyi və effektivliyi vacibdir. Övlət qulluqçularının peşə inkişafını davam etdirmək və əlaqələndirmək üçün təlim mərkəzinin yaradılması çox vacibir. Azərbaycanda dövlət qulluqçuları üçün təlim mərkəzinin yaradılması bütövlükə regionda dövlət qulluğu sistemlərini inkişaf etdirməyə can atan digər ölkələrə yarım etmiş olacaq".

Qeyd edək ki, layihə Avropa standrtlarına uyğun olaraq dövlət qulluğu üzrə təlimin gücləndirilməsində Azərbaycan Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasına dəstəyi nəzərdə tutur. Layihə Akademiyaya təlim mərkəzinin yaradılması və işçi heyətinin bacarıqlarının artırılması üzrə yardım etməklə yanaşı, dövlət qulluğu üzrə təlimləri inkişaf etdirmək və əlaqələnirmək, o cümlədən, dövlət orqanları və digər təlim mərkəzlərini metodoloji olaraq yardımla təmin etmək üçün Akademiyanın institusional bacarıqlarını gücləndirəcək.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm