Nida.az
Dağıstanda Azərbaycan əleyhinə kütləvi mitinqə hazırlıq gedir - özəl
Xaçmaz rayonunun Xraxoba kəndindən Dağıstana köçürülən köçürülən (indi Palıdlı-red) Rusiya vətəndaşlarının Azərbaycana qarşı çıxışlar etməyə başlayıb.
Publika.Az Dağıstan saytlarına istinadən xəbər verir ki, xraxobalılar Azərbaycandan Dağıstana deyil, Vətəndən Vətənə, yəni Ləzgistandan Ləzgistana köçdüklərini deyirlər.
Onlar köçməyə razı olduqları üçün xalq (ləzgilər nəzərdə tutulur) tərəfindən qınandıqlarının deyirlər: “Biz Ləzgistanın bir hissəsini qoyub gəldik. Bu azərbaycanlıların Kəlbəcərdən, Ağdamdan gəlməyinə bənzəyir”.
Materialda Azərbaycanda azsaylı xalqların hüquqlarının pozulmasından danışılır və buna qarşı kütləvi etiraz etməyin zamanının gəldiyi deyilir.
Dağıstanda yaradılan “Xraxoba” cəmiyyətinin Azərbaycan əleyhinə mitinqlərə başlamasının zamanı çatdığı qeyd edilir.
Dağıstanda bəzi mənbələrdən mitinqlərlə bağlı məlumatı dəqiqləşdirməyə çalışdıq. Əldə etdiyimiz özəl məlumata görə, “Xraxoba” cəmiyyətindən zaman-zaman belə çağırışlar olur. Ən önəmli məlumat isə mitinqin keçiriləcəyi vaxtla bağlıdır. Mənbə iddia edir ki, yazın 20 gün ərzində Dağıstanda Azərbaycan əleyhinə kütləvi mitinqlərə başlanılacaq. Hazırda hazırlıq aparıldığı deyilir.
Asif
-
Sosial18:50
Şəhidin yeganə qardaşı vəfat etdi, cinayət işi açıldı - FOTO
-
Art18:40
“Sehirli xalat"ın sehri nədə idi? - VİDEO
-
Sosial17:53
Bakıda ev fantastik qiymətə kirayə verilir - FOTO
-
Sosial17:17
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının vəzifəli şəxsi həbs olundu
-
Hadisə16:58
Hoteldə ölən dostlarla bağlı YENİ DETALLAR - FOTO
-
MDB16:43
Zelenskiyə qarşı terror planlaşdıran şəbəkə ifşa edildi: Daha kimləri öldürmək istəyiblər?
-
Sosial15:58
Novruz Məmmədov vəzifəsindən azad edildi
-
MDB15:07
Təhlükəsizlik qüvvələri əməliyyat keçirdi: Nazir rüşvət alarkən saxlanıldı