Nida.az
Müsavat Partiyası təşəbbüs qrupu yaratdı - REFERENDUM
Müsavat Partiyasının Ali Məclisi sentyabrın 26-a təyin olunmuş Azərbaycan Respublikasının Konstitusiyasına əlavə və dəyişikliklərlə bağlı referendumda təşviqat qrupu qismində iştirak etmək üçün təşəbbüs qrupunun yaradılması məqsədi ilə bu gün təşəbbüsçülərin yığıncağını keçirib.
Bu barədə Publika.az-a Müsavat başqanı Arif Hacılı məlumat verib.
A.Hacılı deyib ki, iclasda Müsavat Partiyasının referendumla bağlı təşəbbüs qrupu yaradılıb.
A.Hacılı Müsavat Ali Məclisinin Rauf Arifoğluna görə fövqəladə iclasa toplanması barədə yayılan məlumatları da təkzib edib: "Rauf Arifoğlu partiya üzvü deyil, onunla bağlı necə toplantı ola bilər? Bu barədə yayılan məlumatlar doğru deyil".
Xatırladaq ki, Müsavat başqanı Arif Hacılı mətbuata son müsahibəsində "Yeni Müsavat" qəzetinin baş redaktoru Rauf Arifoğluna qarşı bir sıra ittihamlar irəli sürüb. Buna cavab olaraq Rauf Arifoğlu rəhbərlik etdiyi qəzetdə geniş yazı ilə ona cavab verib. Baş verənlərə etiraz olaraq "Yeni Müsavat" qəzetinin iki əməkdaşı Müsavatdan istefa verib.
Vasif Həsənli
-
Dünya04:44
Rusiya Yerə düşə biləcək asteroidlə bağlı XƏBƏRDARLIQ ETDİ
-
Sosial03:13
17 yaşlı qız şəxsiyyət vəsiqəsində "oğlan" kimi qeyd olunub? - TƏFƏRRÜAT
-
Sosial01:41
Qəzaya uğramış təyyarənin iki ekipaj üzvü artıq Bakıdadır - VİDEO
-
Sosial00:30
Məhəmmədəlinin anasından VİDA VİDEOSU
-
Qoroskop00:15
Günün ULDUZ FALI - Elə hadisələr baş verəcək ki...
-
MDB26 Dekabr 21:48
Qazaxıstanda Xəzərə çələnglər buraxıldı - FOTO
-
Hadisə26 Dekabr 21:24
Həlak olanların nəşi Aktaudan Vətənə gətirildi
-
MDB26 Dekabr 20:36
Aİİ sammitində Lukaşenko və Paşinyan arasında CİDDİ MÜBAHİSƏ - VİDEO