Nida.az
“Arif Hacılı, siyasət kişilikdən...”– İstefalar davam edir - QARŞIDURMA
Müsavat Partiyasının sədri Arif Hacılı ilə "Yeni
Müsavat" qəzetinin baş redaktoru Rauf Arifoğlu arasında baş verən
qalmaqaldan sonra partiyadan istefalar başlayıb.
Publika.az xəbər verir ki, "Yeni Müsavat"
qəzetinin baş direktoru Ələsgər Süleymanov, qəzetin əməkdaşları
Elşad Paşasoy və Etibar Seyidağa Müsavat Partiyasından istefa
veriblər.
E. Paşasoy deyib ki, Müsavat başqanı onlar kimi düşünənləri
rəhbərlik etdiyi partiyanın sıralarında görmək istəmir: "Əks
təqdirdə müsavatçıların da illərlə əziyyətlərə qatlaşaraq,
təhlükələrlə üz-üzə qalaraq çalışdığı media orqanına qarşı bu qədər
amansızcasına davranmazdı. Bizlər bu illər ərzində "Yeni Müsavat"la
Müsavat Partiyası arasında fərq qoymadıq. Hətta baş redaktorumuz
keçən il partiyanı tərk edəndən sonra da "dostlar mən qərarımı
verdim, siz də qərar verin" demədi, hər birimizin mövqeyinə
hörmətlə yanaşdı. Hətta Arif Hacılının başqanlığı dönəmində də baş
redaktor olanlara rəğmən işçiləri qarşısında "Ya Müsavat, ya "Yeni
Müsavat" seçimi qarşısında qoymadı. Ancaq Arif Hacılı son
açıqlamaları, Rauf Arifoğluna qarşı davranışları ilə bizi də pis
vəziyyətdə qoydu. Bundan sonra susmağımız, olanlara boş verməyimiz
ən azı ayıb olar. İnanıram ki, Rauf bəy də mənim qərarıma sayğılı
yanaşacaq. Hər halda mən bəzilərindən fərqli olaraq 17 illik
haqq-salamı, kəsdiyimiz duz-çörəyi unuda bilmərəm".
O, partiya rəhbərliyi ilə qəzet arasındakı mövcud münasibətlər
səbəbindən 21 ildir üzvü olduğu Müsavat Partiyasının sıralarından
istefa verdiyini bəyan edib.
Ələsgər Süleymanov isə deyib ki, Arif Hacılı Müsavatın başqanı
olduğu müddətdə o, bu partiyada təmsil olunmayacaq: "Bu günə qədər
partiyaya minlərlə adamın üzv olduğunun və istefa verdiyinin şahidi
olmuşam. Həmişə özüm-özümə sual vermişəm ki, "mən də istefa verə
bilərəmmi?, bu qədər yol qət etdiyin, heç nə etməsən belə
təəssübünü çəkdiyin, ən azı davranışlarında nəzərə aldığın
mənsubluğundan imtina edə bilmək necə mümkündür?". Son dövrlər
göstərir ki, bəzən adamı bunu etməyə məcbur edirlər. İstefa verib
gedənləri indi anlayıram. Müsavat Partiyası buna görə dağılan
deyil. Gedən məlum müzakirələr bu fikirlərimi yenidən təzələdi.
Düşündüm. İstefa bəyanatı vermək istədim. Axı mən Arif Hacılıya
görə bu partiyaya üzv yazılmamışam. Odur ki, burdan bəyan edirəm.
Nə qədər ki, Arif Hacılı Müsavat Partiyasının başqanıdır, məni
istefa vermiş saya bilər!".
Etibar Seyidağa da Arif Hacılının başqanlığı dövründə Müsavatda
təmsil olunmayacağını bildirib.
"Bütün müsavatçı dostlarıma bəyan edirəm ki, İsa Qəmbər Müsavat
Partiyasının başqanı postuna qayıdan günədək özümü Müsavat
Partiyasının üzvü hesab etmirəm. Bəri başdan bildirirəm - kimlərsə
düşünməsin ki, bu addımımda işlədiyim "Yeni Müsavat" qəzetinin baş
redaktoru Rauf Arifoğlunun təkidi, təklifi rol oynayıb. Hər kəsi
əmin edirəm ki, Rauf bəy partiya üzvlüyü məsələsində heç kimə təsir
və ya təzyiq göstərmir", - deyə o vurğulayıb.
Qeyd edək ki, Müsavat başqanı Arif Hacılı sonuncu müsahibəsində
"Yeni Müsavat" qəzetinin baş redaktoru Rauf Arifoğlunu iqtidara
təslim olmaqda ittiham edib.
Rauf Arifoğlu isə A. Hacılının ittihamlarına cavab olaraq yazı
yazıb.
O, Arif Hacılıdan "Siyasət insanlığın, kişiliyin, mərdliyin üstündə
bir şeymi, ondan vacibmi? Kiminsə siyasi mövqeyi hansısa periodda
sizə uyğun gəlməyəndə, yaşanmışları silib atırsınızmı? Bəs vəfa
borcu?" deyə soruşub.
Daha sonra sərt sözlərlə davam edib: "Biz iqtidar olduq, siz və
başqaları hakimiyyətə gəldiniz, mən qəzetdə qaldım. Sonra biz
hakimiyyətdən getdik, siz və başqaları qaçdınız, gizləndiniz (Səhv
etmirəmsə, siz Azərbaycanı və həbsdəki başqanı buraxıb, Leninqrada
qaçmışdınız), İsa Qəmbər zindanda, biz meydanda və qəzetdə qaldıq.
Siz mənə deyirsiniz, iqtidara təslim oldun, amma siz hələ 23 il
əvvəl Surət Hüseynov Bakıya gəlmədən, ona təslim olmuşdunuz. Xalqın
və prezidentin sizə verdiyi mövqeyi buraxaraq, qaçmışdınız!"
Asif
-
Dünya04:44
Rusiya Yerə düşə biləcək asteroidlə bağlı XƏBƏRDARLIQ ETDİ
-
Sosial03:13
17 yaşlı qız şəxsiyyət vəsiqəsində "oğlan" kimi qeyd olunub? - TƏFƏRRÜAT
-
Sosial01:41
Qəzaya uğramış təyyarənin iki ekipaj üzvü artıq Bakıdadır - VİDEO
-
Sosial00:30
Məhəmmədəlinin anasından VİDA VİDEOSU
-
Qoroskop00:15
Günün ULDUZ FALI - Elə hadisələr baş verəcək ki...
-
MDB26 Dekabr 21:48
Qazaxıstanda Xəzərə çələnglər buraxıldı - FOTO
-
Hadisə26 Dekabr 21:24
Həlak olanların nəşi Aktaudan Vətənə gətirildi
-
MDB26 Dekabr 20:36
Aİİ sammitində Lukaşenko və Paşinyan arasında CİDDİ MÜBAHİSƏ - VİDEO