Putin avqustun 8-də Bakıya gələcək
Bizi izləyin

Nida.az

Putin avqustun 8-də Bakıya gələcək

Rusiya Prezidenti Vladimir Putin Azərbaycan, İran və Rusiya liderlərinin üçtərəfli görüşündə iştirak etmək üçün avqustun 8-də Bakıya səfər edəcək.

Trend-in məlumatına görə, bu barədə Kreml-ə istinadən RİA Novosti xəbər verib.

Rusiya Prezidentinin Azərbaycan Prezidenti İlham Əliyev və İran Prezidenti Həsən Ruhani ilə beynəlxalq və regional siyasətin aktual məsələlərini xüsusilə enerji və nəqliyyat sahələrində əməkdaşlığın perspektivlərini müzakirə edəcəyi gözlənilir.

Putinin Bakıya səfəri çərçivəsində Azərbaycan və İran liderləri ilə ayrı-ayrılıqda ikitərəfli görüşlər keçirəcəyi də planlaşdırılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm