Nida.az
Azərbaycan və Gürcüstan DTX-ları əməkdaşlıq memorandumu imzaladı
Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Vaxtanq Qomelaurinin rəhbərlik etdiyi nümayəndə heyəti avqustun 2-də Azərbaycana səfərə gəlib.
Dövlət Təhlükəsizliyi Xidmətinin ictimai əlaqələr şöbəsindən
Trend-ə verilən məlumata görə, qonaqlar Fəxri xiyabanda Ümummilli
Lider Heydər Əliyevin xatirəsini ehtiramla yad edərək, məzarı önünə
əklil qoyublar. Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım
Əliyevanın xatirəsi də ehtiramla anılmış, məzarı üzərinə gül
dəstələri düzülüb.
Gürcüstanın nümayəndə heyəti Şəhidlər xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olmuş soydaşlarımızın xatirəsini də yad edib, "Əbədi məşəl" abidəsinin önünə əklil qoyub.
Sonra Dövlət Təhlükəsizliyi Xidmətində geniş tərkibdə ikitərəfli görüş keçirilib.
Qonaqları səmimi salamlayan general-leytenant Mədət Quliyev Ümummilli Lider Heydər Əliyevin Azərbaycanın müstəqilliyinin qorunması və möhkəmləndirilməsi naminə həyata keçirdiyi misilsiz və ölçüyəgəlməz fəaliyyəti, Ulu Öndərin siyasi xəttinin layiqli davamçısı möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə ölkədə uğurla dövlət quruculuğu və hüquq mühafizə sahəsində aparılan islahatlar, sosial-iqtisadi inkişaf, habelə mühüm beynəlxalq layihələrin realizəsi və bu yönümdə başlıca şərt olan sabitliyin və təhlükəsizliyin möhkəmləndirilməsi üzrə görülən tədbirlər barədə ətraflı məlumat verib.
Qeyd olunub ki, Azərbaycan Prezidenti İlham Əliyevin və Gürcüstan Prezidenti Georgi Marqvelaşvilinin ümumi səyləri nəticəsində Azərbaycan-Gürcüstan arasında yüksələn xətlə inkişaf edən sıx dostluq münasibətləri dövlətlərimizin təhlükəsizliyinin təmin olunması istiqamətində əlaqələrin gücləndirilməsinə də xidmət edir.
Göstərilən qonaqpərvərliyə görə təşəkkür edən Vaxtanq Qomelauri dost və qardaş xalqlarımızın tərəqqisi naminə Gürcüstanın və Azərbaycanın dövlət başçılarının rəhbərliyi ilə həyata keçirilən uğurlu sabitlik, təhlükəsizlik və inkişaf siyasətinə əlverişli şəraitin yaradılması üçün ümumi təhdidlərə qarşı mübarizədə ölkələrimizin aidiyyəti orqanlarının ikitərəfli əməkdaşlıq əlaqələrinin genişləndirilməsinin xüsusi önəm daşıdığını bildirib.
Qonaq bu səfərin dövlətlərimiz, eləcə də müvafiq strukturlar arasında tərəfdaşlıq münasibətlərinin daha da yüksəldilməsinə öz töhfəsini verəcəyinə əminliyini qeyd edib.
Görüşdə təhlükəsizlik məsələlərinə dair qarşılıqlı faydalı əməkdaşlığın perspektivləri, o cümlədən bu sahədə fəaliyyətin səmərəli təşkili üzrə təcrübə və məlumat mübadiləsinin intensivləşdirilməsi barədə müzakirələr aparılıb.
Sonda Azərbaycanın Dövlət Təhlükəsizliyi Xidməti və Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidməti arasında əməkdaşlıq haqqında Memorandum imzalanıb.
-
Hadisə14:42
Qəzada öldüyü deyilən azərbaycanlı sağ tapıldı - VİDEO
-
Nida Xəbər 14:15
İran prezidenti İlham Əliyevə zəng etdi
-
Dünya13:39
Vanqa və Nostradamusun 2025-ci il üçün kəhanətləri: Xəstəlik, müharibə, təbii fəlakət...
-
Nida Xəbər 13:28
Təyyarəmizi dron vurub? - AZAL prezidentindən AÇIQLAMA
-
Dünya12:18
Əsəd tərəfdarları qiyam qaldırdı: Əməliyyat başladı - Komendant saatı tətbiq edildi
-
Sosial11:57
Pilotların səs yazısı yayıldı - “Təyyarəyə güclü zərbə dəydi”
-
Dünya11:02
Netanyahudan daha bir təhdid gəldi: Bütün Yaxın Şərq dərs alacaq
-
Sosial10:52
"Hər şey yaxşı olacaq" deyən bələdçinin meyiti tapıldı - VİDEO