Nida.az
Yeni Dünya müharibəsi, Türkiyə parçalanacaq, Qarabağ üçün son tarix – GÜNÜN SİYASİ XÜLASƏSİ
Türkiyə çalxalanmaqda davam edir, ölkədə yeni dövlət
çevrilişinin ola biləcəyi ehtimalları hər keçən gün daha da artır.
Ermənistanda sakitlikdir. Dağlıq Qarabağ münaqişəsi ətrafında
fəallıq hiss olunur. Həmsədrlər prezidentlərin növbəti görüşünü
təşkil etməyə çalışırlar. Kreml isə Sarkisyana Qarabağı qaytarması
üçün təzyiqlər edir. ABŞ Rusiya-Çin ittifaqına qarşı çıxır, III
Dünya müharibəsinin anonsu verilir. Bu gün bir çox xəbərlər siyasi
gündəmi zəbt etdi.
***
Prezident İlham Əliyevdən Barak Obamaya məktub
Azərbaycan Prezidenti İlham Əliyev ABŞ prezidenti Barak
Obamaya ad günü münasibətilə təbrik məktubu
ünvanlayıb.
İkitərəfli münasibətlərdən bəhs olunan məktubda Dağlıq Qarabağ
məsələsinə də toxunulur.
"Biz Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq
hüquq normaları əsasında sülh yolu ilə ədalətli həlli istiqamətində
ATƏT-in Minsk Qrupunun həmsədri kimi Birləşmiş Ştatların və şəxsən
Sizin, cənab Prezident, səylərinizə böyük ümidlər bəsləyirik", -
deyə məktubda qeyd olunur.
***
"Kreml əraziləri qaytarması üçün Sarkisyana təzyiq
edir".
Bu barədə rusiyalı politoloq Stanislav Belkovskiy deyib.
Onun sözlərinə görə, Rusiya böyük sülh potensialına Qərbin
və ümumilikdə bəşəriyyətin diqqətinin cəlb edilməsinə ehtiyac
duyur:
"Ssenari belədir: Ermənistan 3-5 rayonu Azərbaycana
verir, Rusiya qoşunları Qarabağa yerləşdirilir. Lakin bu
ssenari hələ ki, işləmir. Moskva Ermənistanın ərazi güzəştlərinə
gedəcəyini gözləyir. Kreml bunun üçün İrəvana təzyiq göstərir.
Lakin Sarkisyan Moskvanın onu aldadacağından qorxduğu üçün Kremlin
ssenarisini bütöv şəkildə qəbul etmək istəmir".
Putin Sarkisyanı avqustun 10-da Moskvaya dəvət
edib.
Ermənistan prezidentinin mətbuat xidmətinin məlumatına görə,
Sarkisyan Moskva səfəri zamanı Putinlə ikitərəfli münasibətlərin
inkişafı, siyasi, ticarət, humanitar, həmçinin, Avrasiyaya
inteqrasiya prosesləri müzakirə edəcək.
Lakin V. Putinin avqustun 8-də Bakıya səfər etməsinin ardınca
Sarkisyanın Moskvaya dəvəti Qarabağ münaqişəsi ətrafında
ictimaiyyətə açıqlanmayan hansısa proseslərin getməsindən xəbər
verir. Sarkisyanın Moskvaya çağırılması Putinin avqustun 9-da
Sankt-Peterburqda Ərdoğanla görüşü fonunda da diqqət çəkir.
Rusiya-Türkiyə yaxınlaşması aspektində Ankaranın Ermənistanla
münasibətləri normallaşdırmaq istəyinin olduğuna dair xəbərlər
yayılmışdı. Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu bunu rəsmi
şəkildə bunu təsdiq etdi. Bu baxımdan, Putinin əvvəlcə Prezident
İlham Əliyevlə, ardınca Rəcəb Tayyip Ərdoğanla görüşəndən sonra
Sarkisyanı hüzuruna dəvət etməsi gündəmin ən əsas
suallarındandır.
Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovla
türkiyəli həmkarı Mövlud Çavuşoğlu arasında növbəti telefon
danışığı olması da burada diqqət çəkir.
Xarici İşlər Nazirliyinin məlumatına görə, telefon danışığı əsnasında nazirlər ikitərəfli əlaqələrə, regional və beynəlxalq gündəliyə aid olan məsələləri müzakirə ediblər. Elmar Məmmədyarov Türkiyə xalqının demokratik iradəsi və dövlətin konstitusion əsaslarına qarşı xain çevriliş cəhdinin qəbuledilməz olduğunu bir daha bildirərək, Azərbaycanın qardaş ölkə kimi daim Türkiyənin yanında olduğunu vurğulayıb. Mövlud Çavuşoğlu isə Azərbaycanın dəstəyinin və atdığı addımların yüksək qiymətləndirildiyini bildirib.
Minsk qrupunun həmsədrləri fəallıq nümayiş
etdirirlər.
ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik deyib
ki,
həmsədrlər Azərbaycan və Ermənistan prezidentlərinin
növbəti görüşünü təşkil etməyin yollarını axtarır.
***
Türkiyə ikinci dövlət çevrilişi təhlükəsi ilə
üz-üzədir
Türkiyə Baş Polis İdarəsinin 17 iyul tarixli yazısında deyilir:
"Çevriliş planı uğursuz olan FETÖ/PDY terror təşkilatının üzvləri
hər şeyi itirmək psixologiyası ilə bir sıra hücumlara edə bilərlər.
Vətəndaşlarımızın həssaslığını nəzərə alaraq, ölkəmizdə olan
suriyalılara hücumlar edər, eyni şəkildə bir sıra məzhəblərarası
qarşıdurmaya səbəb olacaq addımlar ata bilərlər. Xüsusilə sünni və
ələvi vətəndaşlarımızı qarşı-qarşıya gətirməyə çalışa
bilərlər".
21 iyul tarixli yazıda isə sui-qəsdlərin ola biləcəyi qeyd olunur:
"FETÖ-nün hələ də de-şifrə olmamış üzvləri başda prezident olmaqla,
siyasi və hərbi rəhbərliyə qarşı sui-qəsdlər edə bilərlər".
Həmçinin, PKK-nın da hazırkı vəziyyətdən istifadə edərək, terror
hücumları edə biləcəyi vurğulanır.
FETÖ-ya qarşı əməliyyatlar davam edir
Bu gün Fətullah Gülənin "pul kisəsi" sayılan Murat Kılıç, həmçinin,
90-a yaxın futbol hakimi və hakim köməkçisi həbs olunub. Bununla
yanaşı, Türkiyə Elmi Texnoloji Araşdırma Qurumunda
(TÜBİTAK) əməliyyat keçirilib. Çox sayda insan həbs
olunub, lakin detallar açıqlanmayıb.
"Ərdoğanı devirək, Fətullah Güləni gətirək".
Bu sözlər ABŞ-da bəzi konqresmenlərin Senata ünvanlandığı
məktubda qeyd olunub.
Fevral ayında ünvanlanan məktuba konqresmen Rand Paul, Klintonun prezident seçilərsə özünə köməkçi gətirmək istədiyi Tim Kaine və Marko Rubio kimi senatorlar da imza atıblar.
Ümumi məğzi "Ərdoğanı devirək, Fətullah Güləni gətirək" olan məktubda deyilir: "ABŞ olaraq Türkiyə hökumətinə dəqiq mesaj göndərməyin vaxtıdır. Bu, təkcə suriyalı kürdlərə qarşı silahlanma çağırışı etdiyinə görə deyil, demokratiyanın təməli olan siyasi məsələləri və yerli gücləri yenidən gözdən keçirmək üçün lazımdır. Ərdoğan Türkiyəni radikal islamçıların savaşdığı yerə çevirir. Təəssüf ki, son illərdə biz Türkiyədə insan haqları və söz azadlığının pozulmasının qarşısını ala bilmədik. Beynəlxalq ictimaiyyətin, həmçinin, Türkiyənin daha çox dini radikallaşmasının qarşısını almaq lazımdır. Beynəlxalq ictimaiyyətin dəstəklədiyi və önəmli fiqur olan, dinlərarası dialoq və demokratik prinsiplərin təmsilçisi olan din adamı Fətullah Gülənə verilən səlahiyyət, bizə Türkiyənin radikal İslamdan uzaqlaşdırmaq imkanı verəcək".
Konqresmenlər Türkiyəyə təzyiq edilməsi üçün ABŞ-ın xarici
siyasətinin yenidən tərtib olunması tələbi ilə də çıxış
ediblər.
***
ABŞ Liviyada İŞİD-ə qarşı hava hücumlarına
başlayıb.
Bu barədə prezidenti Barak Obama deyib.
Onun sözlərinə görə, məqsəd İŞİD-i məhv etmək və Liviyada sabitliyi
yenidən bərpa etməkdir. Obama əməliyyatın Liviya hökumətinin
müraciəti əsasında həyata keçirdiklərini qeyd edib.
"İŞİD-i təmizlədikdən sonra Liviyada bütün tərəflərin bir araya
gələcəyinə ümid edirik. Sadəcə biz deyil, Avropa və digər ölkələr
də Liviyanın sabitliyə qovuşmasını arzulayır. Çünki buradakı
qeyri-sabitlik miqrant böhranına və insan faciəsinə çevrilir.
Liviyada daha öncə bir qətliamın qarşısını almaqla doğru addım
atdıq. Lakin heç birimiz tam olaraq daha sonra Liviyada sağlam
mühitin yaradılması və ölkənin təhlükəsizliyinin təmin edilməsi
məsələsində yetərincə düşünmədik", - deyə o bildirib.
III Dünya müharibəsi başlaya bilər
ABŞ Hərbi-Dəniz Qüvvələri isə Rusiya və Çinin Cənubi Çin
dənizində birgə hərbi təlimlərinə cavab verməyə
hazırlaşır.
Bu barədə ABŞ-ın "The Daily Signal" onlayn nəşri yazıb.
ABŞ Hərbi-Dəniz Qüvvələrinin kontr-admiralı Maykl Manazir də
Nümayəndələr Palatasının silahlı qüvvələr üzrə komitəsində çıxışı
zamanı Amerika donanmasının 25 il sonra super dövlətlərin
dənizlərdəki yarışında yer alacağını vurğulayıb.
"The Daily Signal" isə yazır ki, yaxın günlərdə ABŞ donanması Qara
dənizdə genişmiqyaslı hərbi təlimlərə başlayacaq. Bu Rusiya və Çinə
cavabdır. Ekspertlər isə super güclərin bu yarışının təhlükəli
olduğunu, dənizlərdə qarşıdurmanın güclənə biləcəyini qeyd edirlər.
Bu isə III dünya müharibəsinə səbəb ola biləcək amillərdəndir.
Rusiyanın baş naziri Dmitri Medvedevi Aleksey Kudrin
əvəzləyəcək.
Bu barədə "Financial Times" nəşri yazıb.
Nəşr qeyd edib ki, sentyabr ayında Rusiya hakimiyyətində ciddi
dəyişikliklər olacaq. Ən böyük dəyişiklik isə Medvedevin Kudrin ilə
əvəzlənməsidir.
Kremlin mətbuat katibi Dmitri Peskov isə bunu təkzib edib. O
bildirib ki, "hökumətin gələcək istefaları" ilə bağlı mövzular yeni
deyil: "Biz bilirik ki, onların hamısı mütəmadi olaraq qəhvə falına
baxır və hökumətin müxtəlif üzvlərinin istefası ilə bağlı öncədən
əminliklə proqnoz verirlər. Bu tip xəbərləri o qədər yazırlar ki,
nəticədə diqqəti cəlb edir".
***
Dubayın beynəlxalq hava limanında təyyarənin uğursuz enişi
fövqəladə vəziyyət yaradıb. Nəticədə təyyarə yanmağa
başlayıb. Lakin evakuasiya edilən sərnişinlərdən zərər çəkən
olmayıb. Hadisə ilə bağlı hava limanı bütün uçuşları
dayandırıb.
Asif
-
Dünya04:44
Rusiya HƏYƏCAN TƏBİLİ ÇALDI: Yerə 8 metrlik asteroid gəlir
-
Sosial03:13
17 yaşlı qız şəxsiyyət vəsiqəsində "oğlan" kimi qeyd olunub? - TƏFƏRRÜAT
-
Sosial02:12
Qəzaya uğramış təyyarənin iki ekipaj üzvü artıq Bakıdadır - VİDEO
-
Sosial00:30
Məhəmmədəlinin anasından VİDA VİDEOSU
-
Qoroskop00:15
Günün ULDUZ FALI - Elə hadisələr baş verəcək ki...
-
MDB26 Dekabr 21:48
Qazaxıstanda Xəzərə çələnglər buraxıldı - FOTO
-
Hadisə26 Dekabr 21:24
Həlak olanların nəşi Aktaudan Vətənə gətirildi
-
MDB26 Dekabr 20:36
Aİİ sammitində Lukaşenko və Paşinyan arasında CİDDİ MÜBAHİSƏ - VİDEO