Nida.az
Məzahir Pənahov: “Referendumla bağlı xüsusi broşüralar hazırlanıb”
Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib.
Publika.az xəbər verir ki, iclasda ilk olaraq 26 və 27 iyul 2016-cı il tarixli iclasların protokolları təsdiqlənib.
Sonra respublika üzrə dairə seçki komissiyalarının (DSK) tərkibinin yenidən formalaşdırılması məsələsinə baxılıb. Beləliklə, MSK 124 DSK-nın tərkibinin yenidən formalaşdırılması barədə qərar qəbul edib.
İclasda qeyd olunub ki, 90 saylı Ağdaş seçki dairəsinin tərkibi isə Milli Məclisə keçirilən təkrar seçkilər zamanı yenidən təşkil olunub.
Daha sonra seçki (referendum) komissiyalarının səsvermənin nəticələrinə dair yekun protokollarının hazırlanması, sayı, səsvermə bülletenlərinin mətni, forması, sayı, hazırlanması qaydaları, səsvermənin yeri və vaxtı barədə seçicilərin məlumatlandırılmasına dair bildirişlərin mətni, forması, sayı və hazırlanmasında dair məsələlərə baxılaraq təsdiq olunub.
Cari məsələlərin müzakirəsi zamanı MSK sədri Məzahir Pənahov bildirib ki, referendum aktı layihəsinin müqayisəli təqdimatının əks olunduğu xüsusi broşüralar hazırlanıb və ölkə üzrə bütün seçicilərə çatdırılması nəzərdə tutulub: "Bu seçicilərin referendum aktı barədə aydın məlumat əldə etmələrinə imkan yaradacaq".
Vasif Həsənli
-
Sosial03:13
17 yaşlı qız şəxsiyyət vəsiqəsində "oğlan" kimi qeyd olunub? - TƏFƏRRÜAT
-
Sosial01:41
Qəzaya uğramış təyyarənin iki ekipaj üzvü artıq Bakıdadır - VİDEO
-
Sosial00:30
Məhəmmədəlinin anasından VİDA VİDEOSU
-
Qoroskop00:15
Günün ULDUZ FALI - Elə hadisələr baş verəcək ki...
-
MDB26 Dekabr 21:48
Qazaxıstanda Xəzərə çələnglər buraxıldı - FOTO
-
Hadisə26 Dekabr 21:24
Həlak olanların nəşi Aktaudan Vətənə gətirildi
-
MDB26 Dekabr 20:36
Aİİ sammitində Lukaşenko və Paşinyan arasında CİDDİ MÜBAHİSƏ - VİDEO
-
İdman26 Dekabr 20:24
Bir döyüşə görə 100 milyon qazanıb: 100 dollarlıq saxta saat taxır - VİDEO