Nida.az
Türkiyə səfiri: “Gülənçi təşkilatın kökü kəsiləcək”
"Çevrilişə cəhddən 3 həftə keçir. Artıq bu barədə mühüm qərarlar alınıb və fətullahçı təşkilatın Türkiyədəki izlərini tapıb kökünü kəsmək istiqamətində addımlar atılır".
Publika.az xəbər verir ki, bu sözləri Türkiyənin Azərbaycandakı səfiri İsmail Alper Coşkun deyib.
Onun sözlərinə görə, Türkiyə Fətullahçı terror təşkilatının (FETÖ) xain hücumu ilə üz-üzə qalsa da, o müddətdən sonra terror təşkilatının Türkiyədəki izlərini qazımaq istiqamətində addımlar atılıb: "Bu addımlar hüqüq çərçivəsində həyata keçirilir. 3 həftədir FETÖ -nün izinin silinməsi üçün işlər görülür. 15 iyul gecəsi qaranlıq gecə idi, meydanlara axan xalq, demokratiyaya dəstək verən siyasi partiyalar hökumətin yanında oldu. Bununla Türkiyə mühüm nəticələr əldə edərək aydınlığa çıxdı. Kənardan baxanda havada savaş ucaqları sivil xalqa hücum etdiyini gördük, ciddi spekulasiyalar həyata keçirməyə çalışdılar. Ancaq xalq demokratiyaya sahib çıxdı".
Diplomat qeyd edib ki, 15 iyulda Türkiyə iqtisadiyyatı da hədəf alınmışdı: "Çox yaxın və güclü təhlükəni dəf etdik. Türkiyə iqtisadiyyatı mühüm sınaqdan keçdi. Birjalar fəaliyyətini tezliklə bərpa etdi, iqtisadiyyatımız qısa zaman ərzində stabilləşdi. Uğursuz xain çevrilişin Türkiyə iqtisadiyyatına təsir etmədiyini deyə bilmərik. Lakin özünü tez zamanda ələ ala bildi. Rəqəmlərə diqqət etsək, iqtisadiyyatımızın güclü və stabil olduğunu görə bilərik".
Səfir Türkiyəyə dəstək göstərən Azərbaycana təşəkkürünü bildirib: "Təkcə qardaşlığın deyil, həm də doğrunun, düzgünlüyün yanında olduğu üçün Azərbaycana minnətdarlığımızı bildiririk".
Petkimdəki həbslərlə bağlı münasibət bildirən səfir deyib ki, fetullahçılara dəstək olanlar cəzasını aılacaqlar: "Günahı olmayanlar sərbəst buraxılacaqlar. Dövlətimiz bu meselede çox diqqətlidirlər".
Azərbaycanda səfərdə olan Türkiyə-Azərbaycan Biznes Şurasının sədri Selcuk Akat isə Türkiyədə çevrilişə cəhddən sonra əhali tərəfindən banklara 10 milyard dollar pul yatırıldığını bildirib: "Adətən çevrilişlər zamanı xalq banklardan pulunu geri götürür. Lakin Türkiyədə məlum hadisədən sonra xalqın banklara yatırımları artıb. Türkiyədəki böyük holdinqlər Azərbaycandakı özəlləşdirmə ilə yaxından maraqlanırlar. Onlar özəlləşdirmənin elan ediləcəyi tarixi gözləyirlər".
S.Akat onu da vurğulayıb ki, hazırda Azərbaycanda 1685 Türkiyə şirkəti var. Onlar turizm, qida, loqistika sahələrində fəaliyyət göstərirlər: "Azərbaycanda ilk xarici bank, market, hotel türk iş adamları tərəfindən yatırılan investisiyalar sayəsində reallaşdırılıb. Bundan sonrakı investisiyaların hansı istiqamətdə olacağı, bu özəlləşdirmələrin hansı istiqamətdə aparılacağından asılı olacaq".
Leyla
-
Sosial19:20
Ramiz Tatarov azadlığa çıxdı
-
İdman18:12
Təyyarə qəzasında vəfat edən 13 yaşlı Məhəmmədəli futbolçu imiş
-
Sosial17:40
“Qara qutu"nun incələnməsinə başlanıldı
-
Sosial17:10
Əli Əsədov daha bir qərar imzaladı
-
Dünya16:10
Məşhur türk astroloq 2 həftə əvvəl görün nəyə işarə edib: bu ölkənin adını açıqlayıb - FOTO
-
Yaxın Şərq15:57
İsrail bu telekanalın maşınını vurdu: 5 jurnalist öldü
-
Hadisə14:42
Qəzada öldüyü deyilən azərbaycanlı sağ tapıldı - VİDEO
-
Nida Xəbər 14:15
İran prezidenti İlham Əliyevə zəng etdi