Nida.az
Prezident: “İran Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir”
"İran inanır ki, region ölkələrində sülh və sabitlik bərpa olunacaq. Hər bir problem sülh yolu ilə həllini tapmalıdır".
Publika.az-ın məlumatına görə, bunu Azərbaycanda rəsmi səfərdə olan İran prezidenti Həsən Ruhani Azərbaycan prezidenti İlham Əliyevlə görüşdən sonra keçirilən mətbuat konfransında deyib.
H. Ruhani bildirib ki, İran Azərbaycanın ərazi bütövlüyünü həmişə dəstəkləyib: "Regiondakı münaqişələr sülh yolu ilə həllini tapmalıdır. İran Azərbaycan və Ermənistanın qonşusu kimi məsələnin sülh yolu ilə həllinə çalışıb. İranın əlində münaqişənin həlli ilə bağlı imkan olsa, əsirgəməyəcək".
Terrorçuluğa qarşı mübarizədən danışan İran prezidenti bildirib ki, iki ölkə bu sahədə əməkdaşlıq edəcək: "Mədəniyyət sahəsində, nifrətə, qarşıdurmaya qarşı olan islamın təbliği sahəsində birgə fəaliyyətlə bağlı da razılığa gəldik. Radikallıqdan uzaq olmalıyıq. Elm və texnologiya sahəsində də əməkdaşlığımız genişlənməlidir".
***
Avqustun 7-də Azərbaycanda rəsmi səfərdə olan İran İslam Respublikasının prezidenti Həsən Ruhaninin şərəfinə ziyafət verilib.
Publika.az-ın məlumatına görə, ziyafət Azərbaycan prezidenti İlham Əliyevin adından təşkil edilib.
-
Sosial03:13
17 yaşlı qız şəxsiyyət vəsiqəsində "oğlan" kimi qeyd olunub? - TƏFƏRRÜAT
-
Sosial01:41
Qəzaya uğramış təyyarənin iki ekipaj üzvü artıq Bakıdadır - VİDEO
-
Sosial00:30
Məhəmmədəlinin anasından VİDA VİDEOSU
-
Qoroskop00:15
Günün ULDUZ FALI - Elə hadisələr baş verəcək ki...
-
MDB26 Dekabr 21:48
Qazaxıstanda Xəzərə çələnglər buraxıldı - FOTO
-
Hadisə26 Dekabr 21:24
Həlak olanların nəşi Aktaudan Vətənə gətirildi
-
MDB26 Dekabr 20:36
Aİİ sammitində Lukaşenko və Paşinyan arasında CİDDİ MÜBAHİSƏ - VİDEO
-
İdman26 Dekabr 20:24
Bir döyüşə görə 100 milyon qazanıb: 100 dollarlıq saxta saat taxır - VİDEO