Nida.az
Naxçıvanda azad və şəffaf seçki keçirilib
Avqustun 6-da 45 saylı Aza seçki dairəsi üzrə Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə əlavə seçkilər keçirilib.
Publika.az xəbər verir ki, seçki prosesində ilkin mərhələ kimi qeyd olunan seçici siyahılarının dəqiqləşdirilməsi prosesi 45 saylı Aza seçki dairəsi və onu əhatə edən 14 mülki və 2 qapalı seçki məntəqəsi üzrə müvəffəqiyyətlə aparılaraq başa çatdırılıb və seçici siyahısı təsdiq edilib. Siyahıya əsasən 45 saylı Aza seçki dairəsi üzrə seçicilərin sayı 6049 nəfər olub.
Seçkilərin şəffaf və demokratik prinsiplər çərçivəsində keçirilməsi üçün vaxtında aparılan maarifləndirici tədbirlər öz bəhrəsini verib. Seçkilər zamanı hər bir səsin həlledici olduğunun fərqində olan seçicilər yüksək fəallıq göstəriblər.
45 saylı Aza seçki dairəsi üzrə 6049 seçicidən 4828-i seçkidə iştirak edib. Verilən məlumata əsasən, 45 saylı Aza seçki dairəsini əhatə edən 16 seçki məntəqəsinin hamısında seçki baş tutmuş hesab edilib.
-
Rəsmi xronika03:43"Azərbaycan yeganə etibarlı, təhlükəsiz və xoşməramlı təyinat ölkəsidir" - Prezident
-
Hadisə03:40Ağsuda zəlzələ oldu
-
İqtisadi gündəm02:12Qızılın qiyməti bütün tarixi REKORDLARI QIRDI
-
Magazin201:11"Kuruluş Osman"ın aktrisası yeni serialda - FOTO
-
Sağlamlıq00:30Ac olanda niyə əsəbiləşirik? - Alimlər yeni səbəbi AÇIQLDI
-
Qoroskop00:00Günün ULDUZ FALI - Kainat sizə deyir ki...
-
Elm və təhsil20 Yanvar 22:24Azərbaycan ədəbiyyatına ağır itki üz verdi - FOTO
-
Sosial20 Yanvar 22:00Bu rayonun bəzi kəndləri QAZSIZ QALACAQ







































