ABŞ kəşfiyyatından MÜHARİBƏ XƏBƏRDARLIĞI: “Putin və Ərdoğan Qarabağda...”
Bizi izləyin

Nida.az

ABŞ kəşfiyyatından MÜHARİBƏ XƏBƏRDARLIĞI: “Putin və Ərdoğan Qarabağda...”

Henri Kssincer deyirdi: "Beynəlxalq münasibətlərdə daimi dost və düşmən yoxdur, yalnız maraqlar var". Ərdoğanla Putinin yaxınlaşmasında bu ifadə bir daha gündəmə gəlir.

Publika.az xəbər verir ki, ABŞ kəşfiyyatının "kölgəsi" hesab edilən "Stratfor" mərkəzi Ərdoğan və Putin yaxınlaşmasının regionda heç nəyi dəyişməyəcəyini yazıb: "Geosiyasi dinamika əvvəlki gərginliyi ilə davam edir. İqtisadi sferada Rusiya və Türkiyə xeyir qazanır. Rusiya qazı Türkiyədən keçərək, Avropaya gedə bilər. Burada Ukrayna kənarda qalacaq. Faktiki olaraq Türkiyə bu proseslərdə iqtisadi itkilərə məruz qalmır, əksinə qazanır. Lakin digər məqamlar vəziyyəti mürəkkəbləşdirir".

Suriya: qırılma nöqtəsi

"Stratfor" qeyd edir ki, Hələbdə hazırda gedən döyüşlər hazırkı rus-türk münasibətlərinə ziddir.

"Türkiyə Suriyada sünniləri, Rusiya isə onlara qarşı olan Əsədi dəstəkləyir. Bu güclər strateji qiymətə malik olan Hələb uğrunda döyüşü davam etdirir. Hələb üzərində nəzarəti möhkəmləndirmədən heç bir tərəf danışıqlar masasına oturmayacaq", - deyə mərkəz qeyd edib.

Ankara və Moskva Qarabağda...

Məqalədə bildirilir ki, Türkiyə hazırda Rusiya üçün Qara dənizdə NATO-nu zəiflətmək, həmçinin, Qafqazı əldə etmək üçün lazımlıdır: "hansı ki, Moskva Dağlıq Qarabağ münaqişəsi üzərindən bu regionda öz təsirini gücləndirməyə çalışır. Türkiyə də bu münaqişədə iştirak etmək niyyətindədir. Moskva anlayır ki, Türkiyə olmadan regionda öz istədiyinə tam nail ola bilməyəcək. Buna görə də Türkiyəni neytrallaşdırmaq istəyir".

Ərdoğan və Putin

"Stratfor" yazır ki, bu iki liderin ambisiyaları böyükdür: "Onlar özlərini tamamilə milli maraqlara həsr edib və bunun üçün bütün vasitələrdə istifadə edirlər. Bu, Rusiya və Türkiyənin maraqlarının qarşıdakı dövrdə toqquşa biləcəyini göstərir".

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm