• USD 1,7000 0,00% EUR 1,9423 +0,41%
    • GBP 2,1665 +0,16% RUB 0,0253 -0,40%

Səfir: “FETÖ təhlükəsi Azərbaycanda da ciddi qəbul edilir”

  • Nida.az
  • 18 Avqust 2016 16:38
  • 559 Baxış
Səfir: “FETÖ təhlükəsi Azərbaycanda da ciddi qəbul edilir”

"FETÖ təhlükəsi Azərbaycanda da ciddi qəbul edilir və fərqli səviyyələrdə terror təşkilatına qarşı tədbirlər görülür".

Publika.az xəbər verir ki, bunu Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri İsmail Alper Coşkun Türkiyə mediasına açıqlamasında deyib.

Səfir Fətullahçı Terror Təşkilatının (FETÖ) çevriliş cəhdinin dəf edilməsi ilə Türkiyə tarixindəki ən əhəmiyyətli və ən böyük təhdidlərdən birini geridə qaldığını bildirib.

Onun sözlərinə görə, Azərbaycanda Türkiyədəki prosesləri mənfi istiqamətdə şərh etmək meyli yoxdur. Səfir FETÖ-nun Türkiyə xaricində ilk addım atdığı ölkələrdən birinin Azərbaycan olduğunu, bu təşkilatın Azərbaycanda nisbətən daha uzun keçmişinin olduğunu qeyd edib.

"Türkiyə dövlət qılığına girmiş çox hiyləgər niyyətləri olan bir təhdidlə qarşı-qarşıyadır. Türkiyənin bu təcrübəsini Azərbaycanda bütün çılpaqlığı ilə izah etməyə çalışırıq. Türkiyənin təcrübəsi xüsusilə qardaş Azərbaycan üçün çox əhəmiyyətlidir. Azərbaycan Türkiyədə yaşanan təhlükə qarşısında həmrəyliyini ortaya qoyub. Bu, təhlükənin Azərbaycan tərəfindən də ciddi qəbul olunduğunu dəqiq bir şəkildə ortaya qoyur. Bir neçə gün əvvəl istintaq prosesinin başlandığını elan etdilər. Fərqli səviyyələrdə terror təşkilatına qarşı tədbirlər görülür. Azərbaycan müstəqil bir ölkə olaraq şübhəsiz ki, bu qərarları öz iradəsi ilə qəbul edir, amma eyni zamanda, Türkiyənin həm həssaslığına, həm gözləntilərinə, həm də təcrübəsinə maksimum ölçüdə diqqət göstərir", - türkiyəli diplomat vurğulayıb.

Səfir iki ölkə arasında bu baxımdan sağlam bir platformanın olduğunu söyləyib: "Azərbaycan bəzi tədbirlər gördü. Bu tədbirlər sayəsində Fəthullahçı Terror Təşkilatının Azərbaycandakı quruluşunun beli qırılıb, ya yox, bunu şərh etmək hələ tezdir. Elə hiyləgər bir təhlükə ilə qarşı-qarşıyayıq ki, bunu dəqiq söyləmək Türkiyə üçün də asan deyil. Bu quruluşun son dərəcə təhlükəli olduğu, çox mənfi düşüncələrə sahib olduğu Azərbaycanda da güclü şəkildə dərk edilir. Bu terror təşkilatına qarşı Azərbaycanda da çox qərarlı addımların atılması söyləməyə imkan verir ki, iş çox doğru yoldadır".

Ömər Dağlı

Загрузка...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR
/body>