İlham Əliyev əfqan həmkarını təbrik etdi
Bizi izləyin

Nida.az

İlham Əliyev əfqan həmkarını təbrik etdi

Azərbaycan Prezidenti İlham Əliyev Əfqanıstan İslam Respublikasının Prezidenti Məhəmməd Əşrəf Qanini təbrik edib.

Təbrikdə deyilir:

"Hörmətli cənab Prezident,

Ölkənizin milli bayramı – Müstəqillik günü münasibətilə Sizə və bütün Əfqanıstan xalqına öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm.

Əminəm ki, Azərbaycan ilə Əfqanıstan arasındakı dostluq və əməkdaşlıq münasibətləri bundan sonra da inkişaf edəcək və genişlənəcəkdir.

Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Əfqanıstan xalqına sülh və rifah diləyirəm".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm