Nida.az
“Putin iki rayonu qaytarmağı təklif etdi” - Metyu Brayzadan Vaşinqtona ÇAĞIRIŞ
ABŞ dövlət katibinin Avropa və Avrasiya işləri üzrə sabiq köməkçisi, Birləşmiş Ştatların Azərbaycandakı keçmiş səfiri Metyu Brayza "Atlantic Council" Amerika analitik mərkəzinin saytında Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı məqalə dərc edib.
Publika.az xəbər verir ki, amerikalı diplomat münaqişənin həlli ilə bağlı Rusiya prezidenti Vladimir Putin və Azərbaycan əsilli nüfuzlu rusiyalı biznesmen, 2004-2009-cu illərdə Rusiya Federasiya Şurasının üzvü olmuş milyarder Fərhad Əhmədovun təkliflərinə toxunub.
"Məndə uzun müddət ərzində Dağlıq Qarabağ münaqişəsinin siyasi nizama salınmasının perspektivləri barəsində optimizm üçün səbəblər yox idi. Əksinə, Azərbaycan və Ermənistan aprelin əvvəlində tammiqyaslı müharibəni yenilədi. Ancaq, ehtiraslar sakitləşdi və iki yeni - Rusiya prezidenti Vladimir Putin və biznesmen Fərhad Əhmədov tərəfindən təkliflər verildi. Vaşinqton hər iki təklifi dəqiqliklə öyrənməyə çalışmalıdır", - diplomat yazıb.
Onun sözlərinə görə, ATƏT-in Minsk qrupunun həmsədrləri tərəfindən təklif edilmiş çərçivə razılaşmasının layihəsi Putinin bu yaxınlarda etdiyi təklifi üçün əsas oldu: "Bu, ABŞ, Rusiya və Fransa tərəfindən 2007-ci ildə irəli sürülən Madrid prinsipləri kimi məşhurdur. Bu sənəd siyasi nizama salınma üçün əsas kimi elementlərin növbəti paketini təklif edir:
- Ermənistan 1990-cı illərin əvvəllərində tutulmuş Dağlıq Qarabağ ətrafındakı 7 rayonu Azərbaycana qaytaracaq,
- Dağlıq Qarabağ aralıq hüquqi statusu alacaq,
- Dağlıq Qarabağın son hüquqi statusu Dağlıq Qarabağ əhalisinin səsverməsi yolu ilə təyin ediləcək, səsvermə vaxtı daha sonra müəyyən olunacaq,
- Dağlı Qarabağ və Ermənistanı başlayacaq nəqliyyat dəhlizi yaradılacaq,
- Beynəlxalq sülhməramlılar Dağlıq Qarabağ sakinlərinin təhlükəsizliyini təmin edəcək,
- Azərbaycan Ermənistanla nəqliyyat əlaqəsi üzrə bütün məhdudiyyətləri aradan qaldıracaq.
Diplomat qeyd edir ki, bu prinsiplər Azərbaycan və Ermənistan prezidentləri ilə xarici işlər nazirləri arasında keçirilən bir neçə danışıqların nəticəsinə görə təsdiq edilib: "Hərçənd bu sistem heç vaxt rəsmən uyğunlaşdırılmamışdı. 2009-cu ilin yanvarında Azərbaycan prezidenti İlham Əliyev və Ermənistan prezidenti Serj Sarkisyan bildirdilər ki, bu prinsiplərin qəbul ediləcəyi barədə optimistdirlər. Ancaq Sarkisyan 2009-cu ilin sonunda öz mövqeyini dəyişdirdi və cəmi beş rayonun Azərbaycana qayıdışının mümkünlüyü haqqında bildirdi. Yeddi rayon əvəzinə beş rayonun qaytarılması haqqında mübahisə Minsk qrupunun danışıqlarında irəliləmə yolunda əsas maneə olaraq qalır. İyunun 20-də Azərbaycan və erməni həmkarları ilə görüşdə Putin dalandan çıxmaq üsulunu tapdı. Putin, görünür, tədricən irəli hərəkət etməyi təklif etdi: Ermənistan iki rayonu qaytarmalıdır və əvəzində Azərbaycan Ermənistanla nəqliyyat əlaqəsi və iqtisadi əlaqələri bərpa etməlidir, Madrid prinsiplərinin bütün başqa aspektləri, həmçinin işğal edilmiş qalan beş rayon sonrakı danışıqların predmeti olacaq. Amma hər hansı güzəştli qərarın rəsmi qəbulu siyasət və təhlükəsizlik sahəsində risklərlə nəticələnə bilər. Ehtimal ki, 17 iyulda erməni millətçilərinin silahlı qrupunun Yerevanda polis bölməsini tutması təsadüf deyildi. Polis bölməsinin tutulması Dağlıq Qarabağ barəsində sərt xəttin digər tərəfdarları tərəfindən dəstəkləndi. Qarabağ məsələsi barəsində sərt xətt Azərbaycanda da müşahidə olunur. Məsələn, Azərbaycan parlamentinin bəzi üzvləri Ermənistanla güzəştli razılaşmanın təbliğatına görə məni "persona non-qrata" elan etmək istəyirdilər".
Amerikalı diplomat həmçinin hesab edir ki, ötən həftə "Komsomolskaya Pravda" nəşrində Fərhad Əhmədovun dərc edilmiş açıq məktubu münaqişənin tarixində dönüş anı ola bilər.
Əhmədov məktubda Qarabağın hər iki - Azərbaycan və erməni xalqlarına məxsus olduğunu qeyd edir. Tərəfləri sülhə çağıran biznesmen kompromisin zəruri olduğunu bildirib.
Metyu Brayza hesab edir ki, Vaşinqton səsləndirilmiş təşəbbüslərə diqqəti yönəltməli və ən yüksək siyasi səviyyədə Minsk qrupunun fəaliyyətini diriltməyə çalışmalıdır.
"Vestikavkaza.ru" saytı amerikalı diplomatın məqaləsini şərh edib.
"Amerika diplomatının məqaləsini yalnız belə qəbul etmək lazımdır ki, o, Vaşinqtonu Qarabağ münaqişəsinə daha çox diqqət və güc ayırmağa, münaqişənin nizama salınmasında Rusiyanın hökmranlığına imkan verməməyə çağırır: Əgər Vladimir Putinin planı və ya Rusiya vətəndaşı Fərhad Əhmədovun çağırışı həyata keçirilərsə, Rusiyanın Cənubi Qafqazdan sıxışdırılması üzrə ABŞ-ın strategiyası təhdid altında olacaq. Vaşinqton üçün bunlar həqiqətən gözlənilməz təkliflərdir", - sayt yazıb.
Ömər Dağlı
-
Hadisə09:33
Sumqayıtda PARTLAYIŞ oldu: 3 nəfər... - FOTO/VİDEO/YENİLƏNDİ
-
Avropa09:24
Kiyevə gələn Şoltsun əlindəki çamadan gündəm oldu: İçində nə varmış? - FOTO
-
Hadisə08:48
Azərbaycanda bir gündə ikinci PARTLAYIŞ - YENİLƏNDİ
-
Nəqliyyat08:30
12 yolda tıxac var - SİYAHI
-
Magazin205:15
Nəsrin geyimi ilə gecəyə damğa vurdu - FOTO
-
ABŞ04:50
Tramp onları hədələdi: "Ağır bədəl ödəyəcəklər"
-
İdman02:43
UFC tarixinin səs-küylü sensasiyaları – VİDEO
-
Magazin201:23
Tanınmış meyxanaçı vəfat etdi