Referendum zamanı 3000 məntəqədə müşahidə aparılacaq - FOTOLAR
Bizi izləyin

Nida.az

Referendum zamanı 3000 məntəqədə müşahidə aparılacaq - FOTOLAR

Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişaına Yardım Assosiasiyası (AVCİYA) Konstitusiyaya təklif edilmiş əlavə və dəyişikliklərlə əlaqədar 26 sentyabr 2016-cı il tarixdə keçiriləcək referendumla bağıl uzunmüddətli müşahidə həyata keçirir.

Publika.az xəbər verir ki, AVCİYA-nın vitse-prezidenti Elçin Salmanov Uzunmüddətli Müşahidə missiyasının məqsədi barədə bu gün keçirdiyi mətbuat konfransında məlumat verib.

Tədbirdə qeyd olunub ki, AVCİYA imzatoplama kampaniyası və qeydə alınma proseduru, seçici siyahıları, referendum prosesi ilə bağlı qanun pozuntuları, referendumla bağlı qanunvericilik bazası, referendum ərəfəsində ölkədəki siyasi mühit, MSK, dairə seçki komissiyaları və məntəqə seçki komissiyalarının fəaliyyəti, təşviqat kampaniyası və referendum gününün monitorinqinin təşkili kimi geniş miqyaslı fəaliyyətin icrasına iyunun 26-dan başlayıb.

AVCİYA Seçki Qərargahının rəhbəri Məhərrəm Zülfüqarlı isə deyib ki, Assosiasiya referendumla bağlı uzunmüddətli müşahidə ilə əlqədar ilkin hesabatı bu gün ictimaiyyətə təqdim edir. Onun sözlərinə görə, ilkin hesabat 26 iyun-26 avqust tarixlərini əhatə edir:

"Azərbaycanın Avropa Şurası qarşısında götürdüyü öhdəliklərdən biri azad və şəffaf seçkilərin keçiriməsidir. Bu prosesdə isə müşahidəni QHT-lər həyata keçirməlidir. AVCİYA da beynəlxalq aləmdə nüfuzlu bir qurum kimi referundumla bağlı uzunmüddətli müşahidəni həyata keçirir".

M.Zülfüqarlı qeyd edib ki, ilkin hesabata Azərbaycanda keçirilmiş referendumlar haqqında məlumat, referendumqabağı siyasi mühitin təhlili, söz və mətbuat azadlığının vəziyyəti, referendum administrasiyasının fəaliyyəti, AVCİYA haqqında məlumat və 2 radio ("İctimai" və "Azadlıq" radioları), 9 qəzet (3 iqtidaryönümlü- "Azərbaycan", "Xalq", "Bakinskiy raboçiy", 3 neytral - "Ədalət", "525-ci qəzet", "Şərq", 3 müxalifət - "Azadlıq", "Yeni Müsavat", "Xalq Cəbhəsi" qəzetləri) və 2 informasyia agentliyinin monitorinqi öz əksini tapıb:

"Müsbət hal ondan ibarətdir ki, monirinq aparılan 13 KİV-in yönümündən asılı olmayara hamısında referendumla bağlı müsbət yazılar verilib. Bundan başqa, 13 KİV-in hamısında referendumla bağlı neytral məlumatlar da geniş yer alıb. Lakin KİV-in 8-də ("Azərbaycan", "Xalq", "Bakinskiy raboçiy", "Ədalət", "525-ci qəzet", "Şərq" qəzetləri, "İctimai" radio, APA informasiya agentliyi) referendum əleyhinə heç bir məlumat verilmədiyi halda KİV-in 5-də ("Azadlıq", "Yeni Müsavat", "Xalq Cəbhəsi" qəzetləri, "Turan" informasiya agentliyi, "Azadlıq" radiosu) mənfi məlumatlar verilib. Bunu da ölkədə demokratik mühitin göstəricisi hesab etmək olar. Başqa sözlə, bu KİV-lərdə referendum barədə 117 müsbət, 205 neytral, 72 mənfi münasibəti əks etdirən məlumat işıq üzü görüb. Azərbaycan regionda ən stabil bir ölkədir. Bu da demokratik, şəffaf referendum keçirilməsinə imkan verir. Siyasi qüvvələr arasında elə bir ziddiyyət müşahidə olunmur. Tövsiyyələrimizdən biri iqtidarla müxalifət arasında dialoqun aparılması olacaq".

M.Zülfüqarlı uzunmüddətli müşahidə ilə bağlı aralıq hesabatın sentyabrın 20-də ictimaiyyətə təqdim ediləcəyini deyib:

"Referenlum zamanı 62 dairədə 3000 məntəqədə müşahidə aparılacaq. Müşahidəçilər seçici fəallığı və qanun pozuntusunun baş verib-verməməsini diqət mərkəzində saxlayacaq. Aralıq hesabat sentyabrın 20-də ictimaiyyətə təqdim ediləcək. Referendumla bağlı ilkin hesabat isə referendumun keçirildiyi günün sabahı, sentyarın 27-də təxminən saat 10-11-də açıqlanacaq. Yekun hesabat isə oktyabrın 10-a kimi açıqlanacaq. AVCYA- nın referendumda müşahidə aparması ilə bağlı bu günlərdə MSK-ya müraciət ediləcək".

M.Zülfüqarlı referendumda "Yeni Azərbaycan", "Bələdiyyə", "Vətəndaş təşəbbüsü" təşviqat qruplarının qeydiyyata alındığını nəzərə çatdırıb:

"Azərbaycan hökuməti Avroap Şurasına referendumun müşahidəsi ilə əlaqədar müraciət edib. Bu barədə qərar sentyabrın 5-də veriləcək. Venesiya Komissiyasına gəlincə, əvvəlki dönəmlərdə Seçki Məcəlləsinin təkmilləşdirilməsi ilə əlaqədar Azərbaycanla bu qurum arasında əməkdaşlığa ehtiyac olub. Azərbaycan sürətlə inkişaf edir və böyük uğurlara nail olmuşuq. Azərbaycan hakimiyyəti indiki halda Konstitusiyaya təklif edilən əlavə və dəyişikliaklərlə əlaqədar Venesiya Komissiyası və ATƏT-in Demkratik Təsisatlar və İnsan Hüquqları Bürosuna müraciət etməyə ehtiyac duymayıb. Bir məqamı da deyim. ATƏT-in Demkratik Təsisatlar və İnsan Hüquqları Bürosunda mövqe belədir ki, Azərbaycan parlamentli respublika modelinə keçməlidir. Bu qurumun keçirdiyi tədbirlərin birində mən də iştirak etmişəm. Mən o tədbirdə də söz aılb dedim ki, torpaqlarının 20 faizi işğal altında olan ölkədə güclü prezident hakimiyyətinə ehtiyac var".

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm