Nida.az
Rusiya və Qərbin Kərimovun taxtı uğrunda savaşı başladı – OPERATİV TƏHLİL
Özbəkistanda İslam Kərimovun xəstələnməsindən sonra
hakimiyyət uğrunda başlanan mübarizə açıq müstəviyə
keçib.
Publika.az xəbər verir ki, baş nazir Şövkət
Mirziyoyevin birinci müavini, maliyyə naziri Rüstəm Əzimovun həbs
olunduğu xəbəri yayılıb.
Rəsmi Daşkənd bu xəbəri təkzib edib. Yeni yayılan xəbərlərə görə
isə R. Əzimov hələ İslam Kərimov xəstəxanaya yerləşdiriləndən
dərhal sonra ev dustaqlığına salınıb. Bu xəbərlər hələlik təsdiqini
tapmır. Amma Kərimov sonrası Özbəkistanda iqtidarı ələ almaq
uğrunda müşahidə olunan klanlararası mübarizədə bu xəbər diqqət
çəkir. Çünki İslam Kərimovdan sonra ölkəni idarə edəcək iki əsas
namizəd göstərilirdi. Birincisi, baş nazir Şövkət Mirziyoyev,
ikincisi isə onun birinci müavini Rüstəm Əzimov idi.
R. Əzimovun həbs olunması xəbərlərinin yayılması Ş. Mirziyoyevin
əsas rəqibini sıradan çıxardığı deməkdir.
Mirziyoyev və Əzimov: imkanları və gücü
Şövkət Mirziyoyev hakimiyyətdə ən güclü qrup olan Səmərqənd
klanının nümayəndəsidir. O, 2003-cü ilin 11 dekabr tarixində bu
vəzifəyə təyin olunub və indiyə qədər öz vəzifəsini icra edir. O,
2000-ci ildə "boz kardinal" İsmoila Djurabekovun birinci
müavinliyindən siyasi iyerarxiyanın pillələrini qaxlamağa başlayıb.
"Səmərqənd klanı"nın daxili işlər naziri Zakir Almatov, maliyyə
naziri Bəxtiyar İbrahimov və digərləri kimi nüfuzlu şəxsləri
olmasına baxmayaraq, Ş. Mirziyoyev onları geridə qoymağı bacarıb.
Buna səbəb kimi Dövlət Təhlükəsizlik Xidmətinin rəhbəri Rüstəm
İnoyatovla yaxın əlaqələrə malik olması göstərilir.
Hazırda Şövkət Mirziyoyev "Səmərqənd klanı"nın lideridir.
Məlumatlara görə, İ. Kərimovun özü 2000-ci illərin sonlarında
qızı Gülnarə Kərimovanın dövləti idarə edə bilməyəcəyini anlayaraq,
Şövkət Mirziyoyevə varisliyini təklif edib. Əvəzində Kərimovlar
ailəsini qoruyacağına dair zəmanət alıb. Bu rəsmi məlumat olmasa
da, Mirziyoyevin Kərimovlara yaxın olduğu dəqiqdir. Bu baxımdan,
onun hakimiyyətə gələ biləcəyi ehtimalı böyükdür.
Digər tərəfdən, Rusiyanın da Kərimovdan sonra Ş. Mirziyoyevi
dəstəkləyəcəyi deyilir. Burada Mirziyoyevin hakimiyyətdə güclü
resurslara malik olması ilə yanaşı, Rusiyadakı özbək milyarder
Əlişir Usmanov faktoru da var. Məlumatlara görə, Ş. Mirziyoyev
Əlişir Usmanovla yaxın qohumluq əlaqələrinə sahibdir.
Ölkədə güc strukturlarının, xüsusilə Milli Təhlükəsizlik Xidmətinin
rəhbəri Rüstəm İnyatovun da dəstəyinin Ş. Mirzoyev tərəfində olması
onun əlini gücləndirir.
Rüstəm Əzimov hakimiyyət strukturunda müdiri, hakimiyyət
savaşında rəqibi olan Ş. Mirziyoyevdən zəif
görünür.
R. Əzimov 2000-ci ildə Özbəkistanın baş nazirinin birinci
müavini postuna gətirilib. O, makroiqtisadi inkişaf, struktur
dəyişiklikləri, xarici investisiyaların cəlb edilməsi və ərazilərin
kompleks inkişafı məsələləri faktiki olaraq rəhbərlik edib. 2005-ci
ilin fevralında o, həmçinin, maliyyə naziri postunu da
tutub.
R. Əzimov Daşkənd klanının üzvüdür. O, özbək hökumətinin maliyyə
məsələsinə baxır, həmçinin beynəlxalq maliyyə strukturları və
təşkilatları ilə əlaqələr qurur. Hökumətdə çoxları onu İslam
Kərimov tərəfindən yaradılmış alternativ güc kimi qəbul edirlər.
Hansı ki, nizamnaməyə görə baş nazirin iştirak etməli olduğu bir
çox beynəlxalq tədbirlərdə Özbəkistanı o təmsil edir. Əzimov
praqmatik iqtisadçı xarakterinə malikdir.
Əgər Rusiya Ş. Mirziyoyevi dəstəkləyirsə, Rüstəm Əzimova dəstəyi
Qərb verir. Hər halda ekspertlər Əzimovun Qərb üçün daha əlverişli
olduğunu düşünürlər.
O, rəqibi qədər siyasi resurslara malik olmasa da, ölkənin əsas
maliyyəsi məhz Əzimovun əlindədir. Bu isə rəqibinin qarşısında onun
əlini gücləndirəcək faktdır. Digər tərəfdən, R. Əzimovun İslam
Kərimovun ailəsinin əsas sirlərini bildiyi üçün lazımi anda bundan
istifadə edəcəyi iddia olunur.
Əgər R. Əzimovun həbs olunması doğrudursa, o zaman Özbəkistanda
Rusiyanın qalib gəldiyini deyə bilərik. Yox, Ş. Mirziyoyev rəqibini
hələ də sıradan çıxara bilməyibsə, o zaman Özbəkistanda iqtidarı
ələ keçirmək üçün təkcə Səmərqənd və Daşkənd klanı arasında yox,
həmçinin, Rusiya və Qərb arasında da savaşın başladığını deyə
bilərik.
Asif Nərimanlı
-
Kriminal18:25
Ehtiyatda olan polkovnik-leytenant həbs olundu
-
Hadisə17:52
25 yaşlı oğlanın evli qadınla sevgi macərası ölümlə bitdi: özünü eyvandan atdı
-
Sosial17:11
Sabiq qərargah rəisi saxlanıldı
-
Maraq dünyası16:20
2 bürc gələcəyi görür - Xüsusi istedadları var
-
MDB15:28
Rusiya dəstəyi dayandırdı: Pulsuz qalıblar
-
Sosial14:55
Azadlıq Partiyası ləğv edildi
-
Sosial14:18
Azərbaycanlı xanım ABŞ-da diaspor təşkilatı yaratdı - FOTO
-
Hadisə13:22
Bakıda restoranda bir ailənin 4 üzvünü döydülər - VİDEO