Nida.az
Əli Həsənov: “Referendum Aktını islahatların davamı kimi qiymətləndirmək lazımdır”
"Azərbaycanda 2016-cı il islahatlar ili elan edilib. Bu baxımdan da Azərbaycanda Referendum Aktını ölkədə aparılan islahatların davamı kimi qiymətləndirmək lazımdır".
Publika.az xəbər verir ki, bu fikirləri Azərbaycan Prezidentinin (PA) İctimai-siyasi məsələlər üzrə köməkçisi, Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov bu gün Bakıda keçirilən "Referendumqabağı təşviqat prosesində kütləvi informasiya vasitələrinin rolu və vəzifələri" mövzusunda seminar-müşavirədə çıxışı zamanı bildirib.
Ə.Həsənov deyib ki, Konstitusiya dəyişiklikləri dövlət orqanlarının fəaliyyətlərinin daha da təkmilləşdirilməsinə xidmət edir:
"Demokratik ölkələrdə insanları səsverməsi prosesinə hazırlamaq ciddi məsələdir. Bu məsələdə dövlət orqanlarının və medianın rolu böyükdür. Referendumda təşviqat prosesi medianın rolu "KİV haqqında" qanunda və Mərkəzi Seçki Komissiyasının təlimatlarından əksini tapıb. Təkcə jurnalist vəsiqəsi kifayət edir ki, səsverməni izləsinlər. Medianın da işi ondan ibarətdir ki, tərəflərə bərabər şərait yaratsın. Media tam müstəqil olmalıdır. Biz mediaya tərəfdaş kimi, milli maraqlarımızın müdafiəçisi kimi yanaşırıq. Ancaq çox təəssüflə qeyd etmək lazımdır ki, bəzi media orqanlarında referendumla bağlı həqiqətəuyğun olmayan materiallar yerləşdirilir".
Ə.Həsənov qeyd edib ki, oktyabr ayında Azərbaycanda ölkə müstəqilliyinin 25-ci ildönümü qeyd olunacaq: "Bu müddətdə Azərbaycan xeyli inkişaf edib. Ölkə Konstitusiyasında indiyədək iki dəfə dəyişiklik olub. Bu, 2002 və 2003-cü illərdə olub. Prezident İlham Əliyevin təşəbbüsü ilə 3-cü dəyişikliyin edilməsi ilə bağlı Referendum Aktı layihəsi təqdim olundu. ABŞ-da və qonşu dövlətlərdə də mövcud reallıqlardan çıxış edərək konstitusiyada dəyişikliklər ediblər. Əslində, cəmiyyətdən gələn sosial sifarişlər bunu zəruri edir".
Vasif Həsənli
-
MDB21:48
Qazaxıstanda Xəzərə çələnglər buraxıldı - FOTO
-
Hadisə21:24
Həlak olanların nəşi Aktaudan Vətənə gətirildi
-
MDB20:36
Aİİ sammitində Lukaşenko və Paşinyan arasında CİDDİ MÜBAHİSƏ - VİDEO
-
İdman20:24
Bir döyüşə görə 100 milyon qazanıb: 100 dollarlıq saxta saat taxır - VİDEO
-
Sosial19:20
Ramiz Tatarov azadlığa çıxdı
-
İdman18:12
Təyyarə qəzasında vəfat edən 13 yaşlı Məhəmmədəli futbolçu imiş
-
Sosial17:40
“Qara qutu"nun incələnməsinə başlanıldı
-
Sosial17:10
Əli Əsədov daha bir qərar imzaladı