Nida.az
Putin və Nazarbayev İrəvana gedir – Qarabağa görə
Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT)
növbəti iclası oktyabrın 14-də İrəvanda
keçiriləcək.
Publika.az xəbər verir ki, Rusiya prezidenti
Vladimir Putin və Qazaxıstan prezidenti Nursultan Nazarbayev başda
olmaqla təşkilata üzv ölkələrin liderləri Ermənistana səfər
edəcək.
Qeyd edək ki, Qazaxıstan prezidenti Nursultan Nazarbayev və
Belarus prezidenti Aleksandr Lukaşenko aprel müharibəsindən sonra
Avrasiya İqtisadi İttifaqının İrəvanda keçirilməsi nəzərdə tutulan
toplantısına getməkdən imtina etdi. Həmçinin, Nazarbayev istənilən
fürsətdə Ermənistan rəhbərliyini Azərbaycan torpaqlarını işğal
etdiyi üçün tənqid edir.
Avrasiya İqtisadi İttifaqının 2014-cü il mayın 29-da Astanada
keçirilən təsis sammitində Nazarbayev Azərbaycan Prezidenti İlham
Əliyevin məktubunu oxuyaraq, ermənilərin arzularını gözündə
qoymuşdu.
"Biz Azərbaycan prezidentinin məktubunu almışıq. Məktubda
Ermənistanın yalnız Birləşmiş Millətlər Təşkilatının tanıdığı
sərhədlər çərçivəsində quruma üzvlüyünün mümkün olduğu qeyd olunub.
Azərbaycan hesab edir ki, Ermənistan Ümumdünya Ticarət Təşkilatına
daxil olduğu sərhədlərlə Avrasiya İqtisadi İttifaqına qoşula
bilər", - deyə qazax lider bildirmişdi.
Ehtimal ki, oktyabrın 14-də İrəvana səfər edən Nazarbayev Ermənistanda Dağlıq Qarabağ münaqişəsi ilə bağlı da danışacaq.
Asif
-
Magazin207:30
İllərlə GİZLƏDİLƏN GÖZƏL: bu dəfə rus dizaynerin xəz paltarında parladı - FOTO/VİDEO
-
Səhiyyə06:16
Uşaqlarda qan xərçəngi üçün yeni risk faktoru aşkarlandı
-
MDB05:45
Rusiyada MÖCÜZƏ BAŞ VERDİ: 13-cü mərtəbədən yıxılan qız sağ qaldı
-
İnanc04:44
Qüdsdə Müqəddəs Od: Möcüzəni görmək üçün izdiham yaşandı - FOTO/VİDEO
-
Magazin101:41
Namiq Qaraçuxurlu: “Ayrılığı çətin keçirirəm”
-
İdman01:11
Ronaldo het-trik etdi - VİDEO
-
Magazin100:15
Elzanın oğlu əsəbiləşib məclisi tərk etdi - FOTO
-
Magazin24 May 23:48
“Əsgərlər” serialının aktrisası VƏFAT ETDİ