Nida.az
Səfirimiz etimadnaməsini krala təqdim edib
Azərbaycan Respublikasının Kamboca Krallığındakı səfiri Anar İmanov etimadnaməsini bu ölkənin Kralı Norodom Sihamoniyə təqdim edib.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatına görə,
A.İmanov Azərbaycan Prezidenti İlham Əliyevin salamlarını və xoş
arzularını Kamboca Kralına çatdırmışdır. Səfir ölkəmizin Kamboca
ilə münasibətlərin inkişafına önəm verdiyini bildirmiş, qarşılıqlı
əməkdaşlığın genişləndirilməsi üçün potensialın olduğunu
söyləmişdir. Diplomat bu əlaqələrin inkişafı istiqamətində
səylərini əsirgəməyəcəyini diqqətə çatdırmışdır.
Kamboca Kralı Norodom Sihamoni Prezident İlham Əliyevin salamlarına
və xoş arzularına görə təşəkkürünü bildirmiş, onun da salamlarının
və xoş arzularının Azərbaycan Prezidenti İlham Əliyevə
çatdırılmasını xahiş etmişdir. O, Anar İmanovu Azərbaycanın
Kambocadakı səfiri təyin olunması münasibətilə təbrik etmiş və ona
fəaliyyətində uğurlar arzulamışdır.
Kral Norodom Sihamoni ölkəsinin Azərbaycan ilə müxtəlif sahələrdə əməkdaşlığı davam etdirməkdə maraqlı olduğunu bildirmişdir.
Daha sonra səfir Ermənistanın Azərbaycana qarşı apardığı işğalçı siyasət haqqında məlumat vermiş və münaqişə ilə əlaqədar beynəlxalq təşkilatlarda Kambocanın Azərbaycanın ədalətli mövqeyini dəstəklədiyinə görə təşəkkürünü ifadə etmişdir. Anar İmanov, həmçinin Azərbaycanın sosial-iqtisadi inkişafından söhbət açmış, ölkəmizin iştirakı ilə regionda həyata keçirilən infrastruktur layihələri, enerji sahəsində qazanılmış nailiyyətlər və qeyri-neft sektorunun inkişaf etdirilməsi ilə bağlı görülmüş işlər barədə məlumat vermişdir.
-
MDB05:45
Rusiyada MÖCÜZƏ BAŞ VERDİ: 13-cü mərtəbədən yıxılan qız sağ qaldı
-
İnanc04:44
Qüdsdə Müqəddəs Od: Möcüzəni görmək üçün izdiham yaşandı - FOTO/VİDEO
-
Magazin101:41
Namiq Qaraçuxurlu: “Ayrılığı çətin keçirirəm”
-
İdman01:11
Ronaldo het-trik etdi - VİDEO
-
Magazin100:15
Elzanın oğlu əsəbiləşib məclisi tərk etdi - FOTO
-
Magazin24 May 23:48
“Əsgərlər” serialının aktrisası VƏFAT ETDİ
-
Sosial4 May 21:10
“Green card” müraciətlərinin nəticələri AÇIQLANDI - YENİLƏNDİ
-
Magazin14 May 20:36
“Toppuş bacı”nın həyat yoldaşı yenidən ailə qurur? - FOTO