Müsavat Rüstəm İbrahimbəyova cavab verdi
Bizi izləyin

Nida.az

Müsavat Rüstəm İbrahimbəyova cavab verdi

nun Müsavat Partiyası əleyhinə aparılan böhtan və təhqir kampaniyasına qoşulması, Müsavat partiyası üzvlərinin Milli Şuradan çıxmasını hakimiyyətlə yaxınlaşmaq cəhdi kimi qələmə verməsi, xüsusilə, Milli Şurada olanların “radikallar”, Müsavat Partiyasının

Müsavat Partiyası Milli Şuranın fəxri sədri Rüstəm İbrahimbəyovun “Azadlıq” qəzetində dərc olunan yazısı ilə bağlı bəyanat verib. Publika.Az –a daxil olan bəyanatda bildirilir ki, bu gün “Azadlıq” qəzetində Milli Şuranın fəxri sədri Rüstəm İbrahimbəyovun adından yazı dərc olunub: “Yazıda Müsavat Partiyasının ünvanına irəli sürülən yersiz və əsassız ittihamlar dərin təəssüf doğurur.

Müsavat Partiyası Milli Şurada olan bəzi siyasi qüvvələrlə Azərbaycanın gələcək inkişafı və geosiyasi istiqaməti ilə əlaqədar mövcud olan və son vaxtlar xüsusilə dərinləşən ideoloji-siyasi fərqlərə görə bu qurumdan ayrılarkən “qapını çırparaq getmədiyini” bəyan etməklə yanaşı, Milli Şurada olan siyasi qüvvələrlə bundan sonra da əməkdaşlığa hazır olduğunu bildirdi. Sonrakı mərhələdə müxalif siyasi qüvvələr arasında qarşıdurmanın cəmiyyətin maraqlarına zidd olduğunu əsas götürərək, məlum dairələrin Müsavat əleyhinə azğın şər və böhtan kampaniyasına rəğmən birtərəfli qaydada moratorium elan etdi. Gözləmək olardı ki, Azərbaycan ziyalıları, xüsusilə Azərbaycan Milli Şurası kimi hörmətli adı olan bir təşkilatı yönəldən şəxslər Müsavat Partiyasının bu mövqeyini nəzərə alaraq, proseslərə daha təmkinlə və obyektiv yanaşacaqlar”.

Bəyanatda qeyd edilir ki, R. İbrahimbəyovun son açıqlaması bu gözləntiləri doğrultmadı: “Onun Müsavat Partiyası əleyhinə aparılan böhtan və təhqir kampaniyasına qoşulması, Müsavat partiyası üzvlərinin Milli Şuradan çıxmasını hakimiyyətlə yaxınlaşmaq cəhdi kimi qələmə verməsi, xüsusilə, Milli Şurada olanların “radikallar”, Müsavat Partiyasının isə “konstruktiv düşünənlər” adlandırması çox əcaib səslənir. Müsavat Partiyası həm tarixən, həm də müasir dövrdə avtoritar rejimə qarşı mübarizənin daim önündə olub. Hal-hazırda Müsavat Partiyasının rəhbərliyinə daxil olan iki nəfər rejimə qarşı mübarizə apardıqları üçün həbsdədir. Qarabağ qazisinin özünü yandırması ilə əlaqədar keçirilən son siyasi aksiyada da müsavatçı gənclər xüsusi fəallıq və cəsarət nümunəsi göstərdikləri üçün həbsə alındılar, işgəncələrə məruz qaldılar, yeni 2014-cü ili həbsxana divarları arasında qarşıladılar. Milli Şuranın “radikal” mübarizəsinin mahiyyətinin nədən ibarət olması heç kəsə məlum deyil”.

Müsavat bəyanatda vurğulayır ki, Rüstəm İbrahimbəyovun adı çəkilən yazısında da Milli Şuranın hansı şəkildə mübarizə aparacağı, konkret olaraq hansı işləri görəcəyi barədə heç nə deyilmir.

“Müsavat Partiyası bəyan edir ki, yanvar ayında Müsavat Partiyasının bütün strukturlarının fəaliyyəti 20 Yanvar faciəsinin ildönümü və Azərbaycan Xalq Cümhuriyyətinin banisi M. Ə. Rəsulzadənin 130 illiyi tədbirlərinin həyata keçirilməsinə yönəlib. Biz bir daha özünü demokratik düşərgəyə aid hesab edən hər bir şəxsi və qurumu təmkinli davranmağa, İlham Əliyev avtoritarizminə qarşı, demokratiya, xalqımızın və vətəndaşımızın azadlıq və ləyaqəti uğrunda mübarizədə əməkdaşlığa dəvət edirik”-deyə bəyanatda diqqətə çatdırılır.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm