Sabiq baş prokuror: “Ayaz Mütəllibov heç bir torpaq azad etməyib”
Bizi izləyin

Nida.az

Sabiq baş prokuror: “Ayaz Mütəllibov heç bir torpaq azad etməyib”

Azərbaycan Deportasiya Qurbanları Cəmiyyətinə dönəm sədr, sabiq baş prokuror Əli Ömərov sabiq prezident Ayaz Mütəllibovun “Demblok” üzvləri barədə səsləndirdiyi ittihamlara, Kamo və Çaykəndi yaşayış məntəqələrini azad etməsi barədə fikirlərinə münasibət bildirib.

Azərbaycan Deportasiya Qurbanları Cəmiyyətinə dönəm sədr, sabiq baş prokuror Əli Ömərov sabiq prezident Ayaz Mütəllibovun "Demblok" üzvləri barədə səsləndirdiyi ittihamlara, Kamo və Çaykəndi yaşayış məntəqələrini azad etməsi barədə fikirlərinə münasibət bildirib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Ə.Ömərov Publika.az-a açıqlamasında deyib ki, Ayaz Mütəllibov hakimiyyəti ötən əsrin 90-cı illərinin əvvəllərində Azərbaycan Xalq Cəbhəsi ilə mübarizə aparırdı:

"Həmin vaxtı insanların bir çoxu vəzifədə qalmaq və vəzifəyə gəlmək uğrunda vuruşdurdular. Ayaz Mütəllibov vəzifədə qalmaq uğrunda, əks blok isə onu hakimiyyətdən uzaqlaşdırmaq uğrunda iş aparırdı. O dövrdə bunların əsas mübarizəsi belə idi. Mən isə o zaman neytral adam idim, onların heç bir işinə qarışmamışam.

Digər tərəfdən isə Ayaz Mütəllibovun hakimiyyəti dövründə hər hansı torpağı aldığı yadıma gəlmir. O dövrdə heç bir torpaq azad edilməyib. Axı Ayaz Mütəllibov haranı azad etmişdi? Əksinə, o dövrdə ermənilər Xocalıda soyqırımı törətdilər. Bundan sonra isə Ayaz Mütəllibov hakimiyyətdən getdi. Yəqin ki, Ayaz Mütəllibov bu cür açıqlamalar verməklə özünü sudan təmiz çıxarmaq istəyir. Şəxsən mən o vaxtı Ayaz Mütəllibovun hər hansı yeri azad etməsinə şahid olmamışam".

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm