Nida.az
Sərdar Cəlaloğlu: “Oktyabrın 18-ni müstəqillik günü saymıram”
Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu millət vəkili Fazil Mustafanın Azərbaycanın Müstəqillik Günü tarixinin 1991-ci il dekabrın 29-dan hesablanması barədə səsləndirdiyi təklifə münasibət bildirib.
S.Cəlaloğlu Publika.az-a açıqlamasında deyib ki, Azərbaycanın Müstəqillik Günü tarixinin 1991-ci il və digər tarixlərdən hesablanması düzgün deyil:
"Azərbaycanın dövlət müstəqilliyi tarixinin 1991-ci ildən hesablanması doğru deyil. Azərbaycanın müstəqilliyi bir dəfə olmayıb ki, 1991-ci ilin 28 dekabrından götürək. Bu, təkrarlanan proses olub. Əgər Azərbaycan Demokratik Cümhuriyyətini 28 may 1918-ci ildə yartmışıqsa, o zaman müstəqillik tariximiz də məhz həmin tarixdən götürülməlidir".
S.Cəlaloğlu qeyd edib ki, Azərbaycan 1918-ci ildə rus işğalından azad olaraq, öz müstəqilliyini elan edib:
"Sonra isə rus yenidən Azərbaycanı işğal edib və 1991-ci ildə ikinci dəfə azadlıq qazanmışıq. Ona görə də Azərbaycanın müstəqilik günü mayın 28-dən hesablanmalıdır. Bunu təkcə mən demirəm. Azərbaycanın tarixi də deyir ki, 1918-ci il mayın 28-də Azərbaycan Demokratik Cümhuriyyəti öz müstəqilliyini qazanıb. 1991-ci ildə ikinci dəfə müstəqil olan Azərbaycan Respublikası da məhz Azərbaycan Demokratik Cümhuriyyətinin varisidir. Şəxsən mən 1991-ci il oktyabrın 18-i tarixini müstəqillik günü hesab etmirəm. Bu, Konstitusiya Aktı Günüdür. Azərbaycanın Müstəqillik Günü 1918-ci il 28 may tarixidir".
Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69
Vasif Həsənli
-
Sosial21:10
“Green card” müraciətlərinin nəticələri AÇIQLANDI - YENİLƏNDİ
-
Magazin120:36
“Toppuş bacı”nın həyat yoldaşı yenidən ailə qurur? - FOTO
-
Art20:00
"Sehirli xalat"ın "Zərifə" və "Eldar"ı 60 il sonra - VİDEO
-
Kriminal19:55
Azərbaycanda həkim güllələnərək öldürüldü - TƏFƏRRÜAT/YENİLƏNDİ
-
Magazin119:12
Orxan Lökbatanlı SÖZ VERDİ: "Rəşad Dağlı azad olunanda..." - VİDEO
-
Elm və təhsil18:50
Misir Mərdanov nazir olanda hansı qohumlarına vəzifə verib? - Özü DANIŞDI / VİDEO
-
Sosial17:45
Restoranlarda "servis haqqı" fırıldağı: bu halda... - VİDEO
-
Sosial17:27
İsa Qəmbər yenidən başqan seçildi