Nida.az
Gürcüstan müdafiə naziri Azərbaycanın keçirdiyi hərbi təlimlərdən danışdı
"Gürcüstan tərəfi Azərbaycan və Türkiyə ilə üçtərəfli əməkdaşlığın inkişafına xüsusi diqqət yetirir. Bu, bizim üçün çox vacibdir".
Bu fikirləri jurnalistlərə açıqlamasında Gürcüstanın müdafiə naziri Levan İzoria deyib.
Onun sözlərinə görə, Azərbaycan və Türkiyə ilə əlaqələrin inkişaf vektorları da müəyyən olunub: "Biz bu istiqamətdə də fəaliyyətimizi davam etdiririk. Hazırda üçtərəfli əməkdaşlığın daha yüksək səviyyəyə çatdırılması istiqamətində işlər davam edir".
Nazir Azərbaycan ordusunun genişmiqyaslı hərbi təlimlərə hazırlaşmasının bəzi dairələrdə geniş müzakirələrə səbəb olmasına da münasibət bildirib: "Azərbaycan suveren dövlətdir və bu cür təlimlər keçirmək də onun daxili işidir. Biz bu təlimlərdə heç bir təhlükə görmürük və narahat deyilik".
L.İzoria, həmçinin ölkəsi ilə NATO arasında əməkdaşlığın da region üçün əhəmiyyət daşıdığını vurğulayıb: "Türkiyə NATO-nun üzvüdür. Biz həm Türkiyə, həm də NATO ilə sıx əməkdaşlıq edirik. Noyabrın 10-da NATO öz tarixində ilk dəfə alyansa üzv olmayan ölkənin ərazisində - Gürcüstanda yerüstü hərbi təlimlər keçirəcək. Fikrimcə, bu, münasibətlərimizin yüksək səviyyədə olmasının göstəricisidir. Düşünürəm ki, bizim əməkdaşlığımız region üçün də mühüm əhəmiyyət kəsb edəcək". (Report)
-
Hadisə20:15
Oteldəki zəhərlənmə ilə bağlı YENİ ŞOK İDDİA
-
Art18:33
Azərbaycanda gənc yazıçı vəfat etdi
-
Nida Xəbər 18:30
Prezidentdən Fransaya XƏBƏRDARLIQ: "Kritik həddə çatsa, onda bizdən heç kim inciməsin”
-
Ekologiya18:08
Güclü külək əsəcək, yağış yağacaq - XƏBƏRDARLIQ
-
Region18:00
Köçəryan Paşinyanın impiçmenti ideyasını ələ saldı: O səsləri haradan alacaqlar?
-
Rəsmi xronika17:30
İlham Əliyev Laçında sakinlərlə görüşdü
-
Qarabağ 17:10
Vardanyanın Bakıda “yazdığı” məktub həbsxanadan necə çıxıb?
-
Qoroskop16:42
40 yaşından sonra həyatları dəyişəcək bürclər: Pul, ev, karyera...