Nida.az
Səfir Dağlıq Qarabağın həlli yolundan danışdı
Ukraynadakı vəziyyət Dağlıq Qarabağ münaqişəsini həll etməyin vacibliyini göstərdi.
Məlumata görə, bunu Birləşmiş Ştatların ölkəmizdəki səfiri Riçard Morninqstar Vaşinqtonda "ABŞ-Azərbaycan: gələcəyə baxış" Forumunda çıxışı zamanı deyib.
O, qeyd edib ki, ABŞ və Azərbaycan arasında münasibətlər çox mühümdür və bu münasibətlər yaxşı səviyyədədir, lakin problemlərdən xali deyil.
Səfir bildirib ki, Ukraynadakı hadisələr qarşılıqlı münasibətlərin vacibliyini nümayiş etdirdi. Onun sözlərinə görə, Azərbaycan və ABŞ dövlətlər arasında münasibətlərin gücləndirilməsi üzərində çalışmalıdırlar: "Ukraynadakı vəziyyət Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasının vacibliyini göstərdi. Bu münaqişə regionda qeyri-sabitlik yaradır və heç kəsə üstünlük vermir. Azərbaycan və Ermənistan prezidentləri münaqişənin həlli məqsədilə konkret addımların atılması üçün birgə işləməlidirlər".
R.Morninqstar vurğulayıb ki, Rusiya ilə əməkdaşlıq etmədən bunu etmək olduqca çətin olacaq. /Trend/
-
Sosial17:27
İsa Qəmbər yenidən başqan seçildi
-
Dünya17:00
Zelenski axtarışa verildi
-
Sosial16:35
Nazir rəisi işdən azad etdi
-
Sosial16:15
Bu o demək deyil ki, yaxşı işləri dəyərləndirməməliyik - İsa Qəmbər
-
Maraq dünyası15:10
"Ferrari" ən güclü avtomobilini təqdim etdi - ŞOK QİYMƏT
-
Rəsmi xronika14:14
İlham Əliyev qanun imzaladı
-
ABŞ13:55
Seçkiqabağı sorğu: İkisindən biri 10 faiz öndədir
-
Dünya13:20
Peter Siyarto Makrona qarşı çıxdı