Nida.az
Uorlikdən Qarabağa dair 6 bəndlik təklif - SİYAHI
ATƏT-in Minsk qrupunun həmsdəri Ceyms Uorlikin təkliflərində çətin ki, bir yenilik olsun. Bu barədə Ermənistanın Amarikadakı Milli Komitəsi bəyanat yayıb.
Komitənin yaydığı bəyanatda deyilir ki, ATƏT-in Minsk qrupunun həmsdərinin Karneqi fondunda (Carnegie Endowment for International Peace) Qarabağ münaqişəsinin həlli ilə bağlı təklif etdiyi çərçivə məqsədəuyğun deyil və yalnız təəssüf doğurur. “Təqdim olunmuş çərçivələr nə mənəvi, nə də praktiki olaraq tətbiqolunmaz səviyyədədir. Eyni zamanda gözlədiyimiz yenilik də təqdim olunmayıb”, - deyə bəyanatda yazılıb.
C. Uorlik qeyd edib ki, həmin elementlər ABŞ-ın Minsk Qrupu çərçivəsində yeritdiyi siyasətin əsasını təşkil edir. Həmin elementlər aşağıdakılardır.
1. Dağlıq Qarabağın mürəkkəb tarixini nəzərə alaraq tərəflər razılaşmalıdır ki, yekun status qarşılıqlı razılıqla və hüquqi qüvvəyə malik olacaq. Aralıq variantlar müvəqqəti olacaq.
2. Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin Bakı tərəfindən nəzarət olunmayan ərazisinin aralıq statusu müəyyən olunmalı və həmin ərazinin təhlükəsizliyi və özünüidarəsi təmin edilməlidir.
3. Dağlıq Qarabağ ətrafında ələ keçirilmiş ərazilər Azərbaycanın nəzarətinə qaytarılmalıdır. Azərbaycanın suverenliyinə hörmətin olmadığı bir şəraitdə problemin həlli mümkün deyil və Azərbaycanın həmin ərazilər üzərində suverenliyi bərpa olunmalıdır.
4. Ermənistanı Dağlıq Qarabağla əlaqələndirəcək dəhlizin olması vacibdir. Bu dəhliz təhlükəsiz gediş-gəliş üçün lazımi genişliyə malik olmalıdır, lakin bütün Laçın rayonunu əhatə edə bilməz.
5. Uzunmüddətli həll çərçivəsində qaçqın və məcburi köçkünlərin öz əvvəlki yaşayış yerlərinə qayıtmaq hüququ tanınmalıdır.
6. Sülhməramlı əməliyyatı özündə ehtiva edəcək beynəlxalq təhlükəsizlik təminatları vacibdir. Bütün tərəflərin etimad etdiyi və yaxşı hazırlanmış sülhməramlı əməliyyat olmadan sülhün təmin olunmasına dair nümunə yoxdur.
Teleqraf.com
-
Sağlamlıq07:10
Ölkədə bu xəstəlikdən əziyyət çəkən 100 nəfər var - - Gün işığına çıxa bilməyən bacı-qardaşın hekayəsi
-
Dünya06:28
Son illər dünyada təbii fəlakətlər niyə ARTIB?
-
Sağlamlıq03:18
Viaqra effekti verən qidalar – SİYAHI
-
Sosial02:00
Sevgi, yoxsa pul? - Bakıda maraqlı SORĞU - VİDEO
-
Qoroskop00:30
Günün ulduz falı: sizə mane olmağa çalışan adam qarşınıza çıxarsa...
-
Magazin200:15
Yıldız Tilbe polis maşınını vurdu
-
Nəqliyyat3 May 23:28
Bu yolda sürət həddi endirildi
-
Magazin13 May 23:15
Erməni baş prokurordan Kamil Zeynallı ilə bağlı AÇIQLAMA