Nida.az
“Əfqanlar nə terrorçudur, nə də fundamentalist” - Kabildən Bakıya dəvət
Bu gün Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvləri ölkəmizdə səfərdə olan Əfqanıstan İslam Respublikasının Milli Məclisinin nümayəndə heyəti ilə görüşdüblər.
Milli Məclisin mətbuat xidmətindən Publika.Az-a verilən məlumata
görə,
görüşdə nümayəndə heyətinin rəhbəri, Əfqanıstan parlamentinin
Yuxarı Palatasının Beynəlxalq əlaqələr komissiyasının rəisi Nisar
Ahmad Haress ölkəsində hökm sürən ictimai-siyasi vəziyyətdən, 30
illik müharibə nəticəsində əfqan xalqının düçar olduğu
müsibətlərdən danışıb.
Bildirib ki, əfqanlar nə terrorçudur, nə fundamentalist, nə də narkotik daşıyıcısı: “Lakin kənar müdaxilə, bölgəyə yeridilən terrorçu qruplaşmalar Əfqanıstan hökumətinə böyük əngəl törədir. Bütün çətinliklərə baxmayaraq son 12 ildə parlament təsis olunub, əfqan qadınlar işləmək imkanı əldə edib. Hazırda Əfqanıstan parlamenti Kabildə konfrans keçirmək niyyətindədir və Azərbaycanın da bizi dəstəkləməsini istəyirik”.
Sonra Əfqanıstan XİN-in Parlamentlə əməkdaşlıq idarəsinin rəisi Baryalai Sabir Barya çıxış edərək bölgədəki problemlərdən söz açıb.
Komitə sədri Əli Hüseynli qonaqları əmin edib ki, öz haqqını qoruyan və ölkəsində əmin-amanlıq istəyən dost əfqan xalqının mənafeyi naminə başçılıq etdiyi komitənin üzvləri böyük məmnuniyyətlə Kabil konfransında iştirak edəcəklər.
Görüşdə komitənin sədr müavini Rövşən Rzayev və deputat Çingiz
Qənizadə fikirlərini bölüşüblər.
Asif
-
Dünya06:28
Son illər dünyada təbii fəlakətlər niyə ARTIB?
-
Sağlamlıq03:18
Viaqra effekti verən qidalar – SİYAHI
-
Sosial02:00
Sevgi, yoxsa pul? - Bakıda maraqlı SORĞU - VİDEO
-
Qoroskop00:30
Günün ulduz falı: sizə mane olmağa çalışan adam qarşınıza çıxarsa...
-
Magazin200:15
Yıldız Tilbe polis maşınını vurdu
-
Nəqliyyat3 May 23:28
Bu yolda sürət həddi endirildi
-
Magazin13 May 23:15
Erməni baş prokurordan Kamil Zeynallı ilə bağlı AÇIQLAMA
-
Sosial3 May 22:14
Tarif Şurasından QƏRAR: Bu tarixdən qüvvəyə minəcək