Nida.az
“Agentləriniz dezinformasiya verir”– Şeyxin qardaşı
“Bu media orqanı yenə də düz olmayan informasiyalar yayır. Mənim belə bir şirkətim yoxdur”.
Bu barədə QMİ sədri Allahşükür Paşazadənin qardaşı, millət vəkili Cavanşir Paşazadə Publika.az-a açıqlamasında yas çadırlarının qadağan olunmasında ona bağlı MMC-nin rolu olması haqda yazılanlara münasibət bildirərkən deyib.
C. Paşazadə bu xəbərləri yayanlara məsləhət vermək istədiyini açıqlayıb.
“Ola bilsin ki, onların əvvəllər agentləri olub və xəbərlər verib. İndi isə o agentlər dezinformasiya verir. Məsləhət verirəm ki, yerlərdəki agentləri dəyişsinlər. Artıq həmin agentlər onlara yox, başqa qəzetlərə işləyirlər. Onlara isə dezinformasiya verirlər. yenə deyirəm, mənim belə bir şirkətim yoxdur. Şeyxin qardaşı olduğum üçün hərdən dinlə bağlı mənə də müraciət edirlər. Mən də hər kəs kimi yas mərasimlərə gedir, orda iştirak edirəm. Başqa cür deyilənlərlə heç bir əlaqəm yoxdur”,–deyə C. Paşazadə bildirib.
Qeyd edək ki, “Yeni Müsavat” qəzeti yas çadırlarının yığışdırılması ilə bağlı araşdırma aparıb. Qəzetə daxil olan məlumata görə, mərasim çadırlarının ləğv edilməsi təklifi “Təzə Pir” məscidindən fəaliyyət göstərən “Bağı-Nur” MMC tərəfində irəli sürülüb. Sözügedən şirkət şeyxin deputat qardaşı Cavanşir Paşazadəyə məxsusdur. “Bağı-Nur” MMC-nin Bakıda və rayonlarda yerləşən məscidlərdə yeni mərasim zalları fəaliyyət başlayıb. “Bağı-Nur” MMC-nin təkcə “Təzə Pir” məscidindən 5 böyük mərasim zalı yerləşir.
Xatırladaq ki, bir neçə gün öncə Qafqaz Müsəlmanları İdarəsi yas
çadırlarının ləğvi ilə bağlı təklif irəli sürüb. Buna səbəb
çadırların radikal dini cərəyanların nümayəndələrinin toplanması
üçün əlverişli məkana çevrilməsidir. Təklifdə yas mərasimlərinin
məscidlərdə, yaşayış evlərinin yaxınlığında xeyir-şər üçün nəzərdə
tutulmuş yerlərdə keçirilməsi göstərilib.
Asif
-
Sosial21:05
“Green card” müraciətlərinin nəticələri AÇIQLANDI - YENİLƏNDİ
-
Magazin120:36
“Toppuş bacı”nın həyat yoldaşı yenidən ailə qurur? - FOTO
-
Art20:00
"Sehirli xalat"ın "Zərifə" və "Eldar"ı 60 il sonra - VİDEO
-
Kriminal19:55
Azərbaycanda həkim güllələnərək öldürüldü - TƏFƏRRÜAT/YENİLƏNDİ
-
Magazin119:12
Orxan Lökbatanlı SÖZ VERDİ: "Rəşad Dağlı azad olunanda..." - VİDEO
-
Elm və təhsil18:50
Misir Mərdanov nazir olanda hansı qohumlarına vəzifə verib? - Özü DANIŞDI / VİDEO
-
Sosial17:45
Restoranlarda "servis haqqı" fırıldağı: bu halda... - VİDEO
-
Sosial17:27
İsa Qəmbər yenidən başqan seçildi