Nida.az
4 iyun Gəncə qiyamından 21 il ötür
Sürət Hüseynovun nəzarətində olan 709 saylı hərbi
hissənin tərksilah edilməsi ilə bağlı həyata keçirilən əməliyyat
uğursuz alındı.
Bu gün Azərbaycan Xalq Cəbhəsi hakimiyyətinin devrilməsi ilə
nəticələnən 1993-cü il 4 iyun qiyamını 21 ili tamam olur. 21 il
əvvəl iyunun 4-də Gəncədə Surət Hüseynov rəhbərliyi ilə hökumətə
qarşı hərbi qiyam qaldırıldı. S.Hüseynovun nəzarətində olan 709
saylı hərbi hissənin tərksilah edilməsi ilə bağlı həyata keçirilən
əməliyyat uğursuz alındı. Hər iki tərəfdən 35 nəfər həlak olub.
Gəncəyə göndərilmiş hökumət rəsmiləri Sürət Hüseynovun dəstəsi
tərəfindən girov götürüldü.
Bu hadisə Azərbaycanda dərinləşməkdə olan hərbi-siyasi böhranı
kritik həddə çatdırdı, ölkədə vətəndaş müharibəsi təhlükəsi
yarandı. Surət Hüseynovun tabeçiliyindəki silahlı birləşmələr
Gəncəbasar bölgəsində yerli hakimiyyət strukturlarını devirərək
Bakıya doğru hərəkət etməyə başladı. Respublika rəhbərliyi
vəziyyətdən çıxış yolu kimi Naxçıvan Ali Məclisinin sədri Heydər
Əliyevi Bakıya dəvət etdi. İyunun 9-da Naxçıvan Ali Məclisinin
sədri Heydər Əliyev prezident Əbülfəz Elçibəyin dəvəti ilə Bakıya
gəldi. Həmin gün Milli Məclis Gəncədəki qiyamda iştirak etmiş
şəxslərə amnistiya verilməsi və Gəncə olaylarının araşdırılması
üçün deputat-istintaq komissiyasının yaradılması haqqında qərarlar
qəbul etdi.
Qiyamçıların tələbi ilə iyunun 13-də AXC iqtidarının ikinci şəxsi,
parlamentin sədri İsa Qəmbər istefa verdi. Prezident Elçibəy və
digər hakimiyyət mənsubları parlament sədri postunu Naxçıvan Ali
Məclisinin sədri Heydər Əliyevə təklif etsələr də, o, mövcud
vəziyyəti bilavasitə öyrənmək üçün Gəncəyə gedəcəyini və yalnız
bundan sonra təklifə cavab verəcəyini bildirdi. Heydər Əliyev bir
qrup jurnalistin müşayiəti ilə həmin gün Gəncəyə yola düşdü.
İyunun 15-də isə Milli Məclisin iclasında prezident Əbülfəz
Elçibəyin təklifi ilə Heydər Əliyev parlamentin sədri seçildi.
İyunun 17-də isə Prezident Əbülfəz Elçibəy respublika
rəhbərliyindən heç kimi xəbərdar etmədən gecə ikən bir qrup AXC
fəalı ilə Bakını tərk edərək Naxçıvanın Ordubad rayonunun Kələki
kəndinə getdi. Bu, ölkədə hakimiyyət böhranını daha da
dərinləşdirdi və iyunun 18-də televiziya ilə ölkə əhalisinə
müraciət edən Ali Sovetin sədri Heydər Əliyev respublikaya
rəhbərliyi öz üzərinə götürdü.
Elçibəyin qayıtması üçün aparılan danışıqlar bir nəticə
vermədiyindən iyunun 24-də Milli Məclisin qərarı ilə prezident
səlahiyyətləri Heydər Əliyevə verildi. İyunun 30-da isə Heydər
Əliyevin təqdimatı əsasında Surət Hüseynov baş nazir təyin olundu.
Bu təyinat Gəncə hadisələrindən sonra ölkədə yaranmış böhranı
qismən aradan qaldırdı və Sürət Hüseynovun arxasındakı qiyamçı
hərbi birləşmələri neytrallaşdırdı.
-
Nida Xəbər 03:13
Qazaxın Qızılhacılı kəndindən yeni GÖRÜNTÜLƏR - VİDEO
-
Nəqliyyat02:12
Bazar günləri parklanma ilə bağlı qanunsuz ödənişlər alınır?
-
Dünya01:41
Dəhşətli AİLƏ FACİƏSİ: arvadını və yeddi qohumunu baltaladı, özü isə...
-
Sosial01:11
Çingiz Qənizadəyə ağır itki üz verdi
-
Qoroskop00:00
Günün ULDUZ FALI: onun əsarətinə düşə bilərsiniz
-
Magazin12 İyun 23:24
"Evli ola-ola subay qızlara girişirlər, sonra da..." - FOTO
-
Avropa2 İyun 21:48
Zelenskidən Fələstin AÇIQLAMASI: "İki dövrü qarışdırmayın"
-
Sosial2 İyun 21:12
Özünü təmtəraqla hazırlanmış mağardan asan bəyin atası DANIŞDI - VİDEO