Nida.az
Ruspərəstləri müxalifətə Milli Şura gətirib?
Bu gün 2013-cü ilin 7 iyununda təsis edilən Milli Şuranın bir yaşı tamam olur. Əvvəlcə Rüstəm İbrahimbəyovu vahid namizəd kimi təqdim edən qurum ikili vətəndaş problemi ilə üzləşdi və vahid namizəd Cəmil Həsənli oldu.
Müxalifətin ümumi birliyi kimi təqdim edilən qurum seçkidəki uğursuzluqdan sonra parçalanma həddinə qədər gəlib çıxdı və 138 nəfərlik üzvlə fəaliyyətə başlayan Milli Şura hazırda cəmi 85 üzvlə yoluna davam etmək istəyir.
Publika.az siyasilərdən Milli Şuranın birillik
fəaliyyətinə, bundan sonrakı perspektivinə münasibət öyrənib.
Sıfır nəticə
Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, millət
vəkili Siyavuş Novruzov hesab edir ki, bu qurum ölü bir
təşkilatdır. Onun sözlərinə görə, bu günə qədər ciddi bir iş görə
bilməmələri də bunu sübut edir: “Əvvəldən bilinməyən, qaranlıq
məqsədlərə xidmət etdiyi ortada idi, lakin heç nə alınmadı və
bugünkü acınacaqlı vəziyyətə düşdülər”.
YAP rəsmisi Milli Şuranın birillik fəaliyyətini sıfra bərabər hesab
edir.
Rusiyapərəstlər müxalifətə yol tapdı
Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu isə
Milli Şuranı müxalifət üçün böyük zərbə olduğunu düşünür. Onun
fikrincə, bu qurum müxalifətə intriqanı yenidən geri qaytardı:
“Həmçinin heç də arzuolunmayan Rusiyapərəstliyin də müxalifət
daxilinə yol tapmasına səbəb oldu. Onların fəaliyyətini nəticəsiz
hesab edirəm. Bu, göz qabağındadır”.
“İnkişaf edirik”
Milli Şura sədri Cəmil Həsənli qurumun fəaliyyəti ilə bağlı geniş
danışmaq istəmədiyini deyib. Bildirib ki, kimin nə deməsindən asılı
olmayaraq, hər şey göz qabağındadır. O, qurumun inkişaf etdiyini də
vurğulayıb.
Ölü doğuluş
Azərbaycan Sosial-Demokrat Partiyasının (ASDP) sədri Araz Əlizadə
Milli Şuranın ölü doğulub, ölü olaraq da qaldığını bildirib: “90-cı
illərin eyni fikirli adamları ilə qabağa getmək istədilər. Özlərinə
vaxtilə AXCP-ni mandata görə tərk edən, mandat alıb iqtidarı
tərifləyən, özünə saxta təqaüd düzəldən lider tapdılar. Ondan əvvəl
də siyasətdən başı çıxmayan məşhur dramaturqu birinci lider elan
etdilər. Bu, onların ən böyük səhvi idi. Məhz buna görə də binanın
bünövrəsini əvvəlcədən əyri qoydular və əyri bina dağıldı”.
Ehtiyatlı yanaşma
Müsavat başqanının müavini Gülağa Aslanlı Milli Şuranın bu dönəm
ərzində müəyyən uğurlar qazandığını düşünür. Onun sözlərinə görə,
bu uğurlar daha çox seçki ərəfəsində olub: “Lakin sonrakı
fəaliyyəti bir qədər fərqli oldu”.
Asif
-
Sosial17:45
Restoranlarda "servis haqqı" fırıldağı: bu halda... - VİDEO
-
Sosial17:27
İsa Qəmbər yenidən başqan seçildi
-
Dünya17:00
Zelenski axtarışa verildi
-
Sosial16:35
Nazir rəisi işdən azad etdi
-
Sosial16:15
Bu o demək deyil ki, yaxşı işləri dəyərləndirməməliyik - İsa Qəmbər
-
Maraq dünyası15:10
"Ferrari" ən güclü avtomobilini təqdim etdi - ŞOK QİYMƏT
-
Rəsmi xronika14:14
İlham Əliyev qanun imzaladı
-
ABŞ13:55
Seçkiqabağı sorğu: İkisindən biri 10 faiz öndədir