Nida.az
Oqtay Əsədov ukraynalı həmkarı ilə görüşdü
Ukraynanın yeni prezidenti Pyotr Poroşenkonun andiçmə mərasiminə qatılmaq üçün Kiyevdə səfərdə olan Milli Məclisin sədri Oqtay Əsədov iyunun 7-də Ali Radanın spikeri Aleksandr Turçinov ilə görüşüb.
Görüşdə GUAM səviyyəsində dövlətlərarası münasibətlərin fəallaşdırılmasının müzakirə olunduğu barədə AzərTAc xəbər yayıb.
A.Turçinov Ali Radanın katibliyinə GUAM çərçivəsində görüşün hazırlanması barədə tapşırıq verdiyini vurğulayıb.
O.Əsədov isə Ukraynanın Azərbaycan üçün həmişə etibarlı tərəfdaş olduğunu vurğulayıb.
Görüşdə Azərbaycan Milli Məclisinin deputatı Çingiz Əsədullayev və ölkəmizin Ukraynadakı səfiri Eynulla Mədətli də iştirak edib.
Xatırladaq ki, Gürcüstan, Ukrayna, Azərbaycan və Moldovanın (GUAM) iqtisadi-siyasi münasibətlərinin inkişafı üçün nəzərdə tutulan bu qurum bir vaxtlar ən perspektivli və postsovet ölkələri üçün Qərbə inteqrasiyada ciddi təşkilat kimi qiymətləndirilsə də, son illər GUAM-ın fəaliyyəti nəzərəçarpacaq qədər aşağı düşüb. Vurğulayaq ki, GUAM Ermənistanın işğalçı olduğu və Azərbaycan ərazilərini işğal etdiyini rəsmi sənədlə qəbul edən beynəlxalq təşkilatlardan biridir.
-
Sosial19:00
Azərbaycanda ŞOK OLAY: kişi dostunun 14 yaşlı qızını qaçırdı, sonra...
-
Sosial18:36
Direktorla qadın müəllim arasında DAVA: müəllimin halı pisləşdi, təcili yardım gəldi - FOTO
-
Magazin118:12
Aygün Kazımova ilə çobanın söhbəti gündəm oldu - VİDEO
-
Dünya17:55
Bu ölkənin bayrağı ilə "Avroviziya"ya giriş qadağan edildi
-
Avropa17:12
Gürcüstana xəbərdarlıq edildi: Qəbuledilməzdir!
-
Sosial16:23
Parlament seçkiləri önə çəkilə bilər - Məzahir Pənahov
-
Nida Xəbər 15:48
Xəritə yayıldı: ermənilərin zəbt etdiyi bu ərazilər Azərbaycana təhvil verilir - VİDEO
-
Magazin115:26
Tələbələrimin hamısı yuxarıdan tapşırılır - VİDEO