Nida.az
Zakir Həsənov NATO PA-nın prezidentini qəbul etdi
İyunun 17-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov NATO Parlament Assambleyasının Prezidenti cənab Hüqh Bayleyi (Böyük Britaniya) qəbul edib.
Publika.az Müdafiə Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, müdafiə naziri qonağı salamlayaraq, bölgədəki hərbi-siyasi vəziyyət barədə ona ətraflı məlumat verib, həmçinin Ermənistanın işğalçılıq siyasətinin davam etməsi, bunun nəticəsində sülh prosesinin yubanması və danışıqların qəsdən uzadılmasının regiondakı şəraitə mənfi təsir göstərməsi məsələsini bir daha xatırladıb.
Müdafiə naziri son zamanlar cəbhə bölgəsində baş verən atəşkəs rejiminin pozulması hallarının artmasını xüsusi qeyd edərək, bu təxribatların erməni silahlı bölmələri tərəfindən törədilməsinə diqqəti yönəldib.
Bakıda keçirilən NATO Parlament Assambleyasının "Rose-Roth" seminarında iştirak edən cənab Hüqh Bayley öz növbəsində qəbul və onu maraqlandıran məsələlər barədə ətraflı məlumatlandırıldığı üçün Müdafiə nazirinə təşəkkürünü bildirib, regiondakı sülhün bərqərar olması üçün səylərin daha da artırılmasının vacibliyini vurğulayıb.
Daha sonra görüşdə regional məsələlər, Azərbaycan-NATO ikitərəfli əməkdaşlığının hazırkı vəziyyəti və perspektivləri ilə bağlı ətraflı fikir mübadiləsi aparılıb.
-
Magazin207:30
İllərlə GİZLƏDİLƏN GÖZƏL: bu dəfə rus dizaynerin xəz paltarında parladı - FOTO/VİDEO
-
Səhiyyə06:16
Uşaqlarda qan xərçəngi üçün yeni risk faktoru aşkarlandı
-
MDB05:45
Rusiyada MÖCÜZƏ BAŞ VERDİ: 13-cü mərtəbədən yıxılan qız sağ qaldı
-
İnanc04:44
Qüdsdə Müqəddəs Od: Möcüzəni görmək üçün izdiham yaşandı - FOTO/VİDEO
-
Magazin101:41
Namiq Qaraçuxurlu: “Ayrılığı çətin keçirirəm”
-
İdman01:11
Ronaldo het-trik etdi - VİDEO
-
Magazin100:15
Elzanın oğlu əsəbiləşib məclisi tərk etdi - FOTO
-
Magazin24 May 23:48
“Əsgərlər” serialının aktrisası VƏFAT ETDİ