Nida.az
İsa Qəmbərin 2015-ci il PLANI
Müxalifət düşərgəsi “Milli Strateji Düşüncə Mərkəzi”ni təsis etdi.
İlk baxışdan intellektual təəssüratını yaradan bu mərkəzin təşəbbüsünün Müsavat Partiyasının tərəfindən gəlməsi isə kartları müəyyən mənada açır. Əslində İsa Qəmbərin Milli Şuradan ayrıldıqdan sonra müxalifətin ayrıca birlik qolunun yaradılacağı gözlənilirdi. Lakin İ. Qəmbər bir qədər ağıllı davranıb yaradılan mərkəzin bütün məsuliyyətini öz üzərinə götürmədi. Bütün hallarda isə bu mərkəzin Milli Şuraya, dolayısı ilə AXCP-yə alternativ olduğunu demək olar. Təsadüfi deyil ki, mərkəzə, əsasən, müsavatçı və Müsavata yaxın şəxslər toplanıb.
AXCP-nin bu mərkəzə münasibəti isə birmənalı deyil. Bir müddət öncə Əli Kərimlinin müavini Fuad Qəhrəmanlı Publika.az-a açıqlamasında bildirmişdi ki, belə bir mərkəz onlar üçün maraqsızdır.
“Bunlar AXCP üçün əhəmiyyətsiz məsələlərdir. Bizim buna diqqət
ayırmağa nə vaxtımız var, nə də həvəsimiz. İctimai Palata da AXCP
üçün əhəmiyyət daşımırdı. Çünki Milli Şura yaranarkən İP-in
fəaliyyətinə faktiki olaraq son qoyulmuşdu. İP bizim üçün tarixin
bir mərhələsidir. Biz bu gün tarixdə qalmış bir məsələ ilə deyil,
ölkə gündəminə adi olan daha vacib məsələlərə məşğul oluruq. Daha
vacib işlərimiz var. AXCP-nin bu cür məsələlərə vaxt ayıraraq özünü
gündəmdə saxlamağa ehtiyacı yoxdur”,– deyə o qeyd etmişdi.
Hazırda partiya quruculuğu ilə məşğul olan Azad Demokratlar
Partiyasının (ACP) Qurultaya Hazırlıq üzrə Təşkilat Komitəsinin
sədri Sülhəddin Əkbər yeni mərkəzə müsbət baxdığını deyib.
“Bu mərkəzi kimin təsis etməsindən asılı olmayaraq, çox yaxşı
addımdır. Azərbaycanda strateji düşüncə çatışmazlığı var. Ona görə
də nə qədər çox düşüncə quruluşu, analitik mərkəzlər yaransa, bir o
qədər ölkədə strateji düşüncə çatışmazlığının aradan qaldırılmasına
töhvə vermiş olarıq”,– deyə o bildirib.
Mərkəzin əsas strateqlərindən hesab olunan Pənah Hüseyn isə
mərkəzin İsa Qəmbər tərəfindən təsis edildiyi fikri ilə razılaşmır.
Onun sözlərinə görə, mərkəz intellektual siyasətçilər tərəfindən
yaradılır: “İsa Qəmbər bu məsələdə moderator olduğu üçün yalnız
onun adı hallanır”.
Lakin Müsavata yaxın mənbədən əldə etdiyim məlumat isə situasiyanın
bir qədər fərqli olduğuna dəlalət edir. Belə ki, mənbənin
məlumatına görə, bu mərkəz 2015-ci il parlament seçkiləri öncəsi
yaradılacaq birliyin ilkin təməllərinin atılmasına hesablanıb.
Mərkəzə müxalif düşərgənin tanınmış simaları cəlb olunacaq və
beləliklə, müxalifətdəki əsas rəy bu mərkəzdən yaradılacaq.
“Sonrakı mərhələdə isə yeni birliyin yaradılması üzərində iş
aparılacaq. Güman ki, gələcəkdə Cəmil Həsənlinin də bura cəlb
olunması planları var, amma eyni şeyi AXCP haqda demək çətindir”,–
deyə məlumatda deyilir.
Asif
-
Magazin119:12
Orxan Lökbatanlı SÖZ VERDİ: "Rəşad Dağlı azad olunanda..." - VİDEO
-
Elm və təhsil18:50
Misir Mərdanov nazir olanda hansı qohumlarına vəzifə verib? - Özü DANIŞDI / VİDEO
-
Kriminal18:21
Şəkidə DƏHŞƏT: 59 yaşlı kişi iki nəfəri...
-
Sosial17:45
Restoranlarda "servis haqqı" fırıldağı: bu halda... - VİDEO
-
Sosial17:27
İsa Qəmbər yenidən başqan seçildi
-
Dünya17:00
Zelenski axtarışa verildi
-
Sosial16:35
Nazir rəisi işdən azad etdi
-
Sosial16:15
Bu o demək deyil ki, yaxşı işləri dəyərləndirməməliyik - İsa Qəmbər